Ortadan ayrılmış saçlar
Bu il ortadan ayıraraq saça model vermək çox dəbdədir. Sol və ya sağdan ayırmaq yerinə mərkəzdən ayıraraq saçları açıq buraxa bilər və ya yığa bilərsiniz. Buruq ilə uclarda yüngül dalğalar yaratmaq və hətta at quyruğu ilə düz fenləyərək yaxşı görünməsini təmin edə bilərsiniz.
Alnı örtən modellər
Dramatik bir görünüş yaratmaq üçün əvvəlcə saçlarınızı düzləşdirməniz lazımdır. Düzləşdirmədən sonra saçınızı bir tərəfdən digər tərəfə doğru ayıraraq alın bölgəsini az qala tamamilə bağlayın. Daha sonra saçınızı şəkildəki kimi yığa bilərsiniz.
Dağınıq saçlar
Bu yay hər yerdə yataqdan yeni qalxıb küçəyə çıxmış kimi görünən qadınlarla qarşılaşa bilərsiniz. Saç modelində dağınıqlıq olduqca göz önündə olacaq. Saçınızı ən təbii şəkildə təmin edən bu trend təbii duruşunuza müsbət təsir edəcək. Ancaq başınızı önə əyərək saça yüngül dalğa edə bilərsiniz.
Çörək üslubunda topuz saçlar
2013-cü ildə balerina topuzlar olduqca dəbdədir. Qadınlar bu tərzi çox sevdi və mütəmadi istifadə edilən bir model oldu. Ancaq bu il topuzlar aşağıya doğru enir. Bundan başqa çox müntəzəm, düzgün düzəldimiş topuzlar yerinə sanki evdən çıxarkən elə arxada toplanmış kimi dayanan çörək stili topuzlar dəbdə olacaq.
Yaş saç modeli
2013-cü ildə də yaş görünən saçlar dəbdədir, ancaq bu il iki tərz birləşdi. Yaş görünüşlü saçlar geriyə doğru atılır. Başın üst hissəsində jeleylə geriyə itələnərək "yapışdırılan" saçlar saçın arxa qismində quru və azad qalır. İlin sonlarında olduqca buna bənzər modellər bu yaz qadınların sevimlisi olacaq.