Aşağıda yaşınızdan daha cavan görünə bilmək üçün yaradılmış "Sağlam şəkildə cavan qalmaq üçün 12 addım" başlıqlı strateji tədbirlər planı var. Bu təklifləri diqqətlə nəzərdən keçirin və özünüzə xas bir sağlam şəkildə gəncləşmə planı yaradın.
1. Vitamin qəbul edin.
Nizamlı olaraq C vitamini (gündə 1200 mg ), E vitamini (gündə 400 IU ), kalsium (gündə 1000-1200 mg), D vitamini (dündə 400-600 IU ), folat (gündə 400 micrograms ), və B6 vitamini (gündə 6 mg) almaq sizi yaşınızdan 6 yaş daha cavan göstərə bilər.
2. Siqareti tərgidin.
Siqaret çəkmək sizi yaşınızdan 8 yaş daha yaşlı göstərə bilər.
3. Qan təzyiqinizi nəzarətdə saxlayın.
Aşağı qan təzyiqinə sahib olan kəs (~ 115/75 mm Hg) yüksək qan təzyiqinə sahib bir kəsdən (160/90 mm Hg'dan daha yüksək) 25 yaşa qədər daha gənc qala bilər.
4. Stressdən uzaq durun.
Çox stress keçirmək insanı öz yaşından ən çox 32 yaş qoca göstərər. Sağlam ictimai əlaqələr quraraq, stressdən uzaq durmağa çalışaraq cavan qalmaq mümkündür. Necə deyərlər, dərd insanı qocaldar. Çalışın dərdi özünüzə axın buraxmayın. Ya da bivec olun.
5. Diş ipindən istifadə edin.
Diş ipi istifadə etmək və dişlərinizi nizamlı olaraq fırçalamaq sizi olduğunuzdan 6,4 yaş cavan göstərər.
6. Aktiv olun.
Az miqdarda məşq də (gündə 2 dəfə 20 dəqiqəlik gəzinti) sizi təxminən 5 yaş cavan göstərər.
7. Təhlükəsizlik kəmərindən istifadə edin.
Təhlükəsizlik kəməri istifadə vərdişini əldə etmək və hər zaman avtomobilinizi saatda 10 km-dən aşağı sürətlə idarə etmək sizi olduğunuzdan 4-5 yaş cavan göstərər.
8. Lifli qidalardan istifadə edin.
Gündəlik qidalanmada 25 qram lif istehlak edən biri gündə 12 qram lif istehlak edən birindən 2.5 il daha cavan görünər. Kişilərin gündə 25 qramdan da daha çox lif istehlak etməyi lazımdır.
9. Sağlamlığınıza diqqət yetirin.
Sağlamlığına diqqət edən kəs digərlərinə nisbətən 12 yaş daha cavan qala bilər.
10. Özünüzə sağlam cavanlaşma planı yaradın.
Bütün həyatınızı gözdən keçirdikdə gerçək yaşınızı 26 yaş azaltmaq imkanına sahib olduğunuzu görərsiniz. Bu həyatınızın bundan sonrakı hər gününü daha gənc qalmağınıza, qalan ömrünüzü uzatmağa və ən yüksək enerji ilə həyata davam etməyə işarədir.
11. Gülüş üzünüzdən əskik olmasın.
Qəh-qəhə stressi azaldır, immunitet sistemini dəstəkləyir və insanı olduğundan 8 yaş cavan qalmasına kömək edir.
12. Həyat boyu bir "şagird" olaraq qalmağı hədəfləyin.
Həyat müddətində intellektual fəaliyyətlərdən uzaq qalmayan kəslər gerçək yaşlarından 2.5 yaş daha cavan görünə bilər.
Hər zaman qəlbən, ruhən gənc qalın. Amma unutmayın ki, hər yaş dövrü onu anlayana gözəldir. Uşaqlıq, gənclik və cavanlığın ləzzəti olduğu kimi qocalığın da bir ləzzəti var. Təki ömür lentimizdə qocalığımız da yer ala bilsin.