Qadin.NET / Ərəb gözəllərinin 5000 illik sirləri

Ərəb gözəllərinin 5000 illik sirləri

Əziz xanımlar, bu dəfəki xəbərimi hamımızı valeh edən ərəb gözəllərinə həsr etmək istəyirəm. Bir çoxumuzu ərəb xanımlarının gözəl makiyajı, dərisi, saçları maraqlandırır. Təbii vasitələrlə ərəb qadınları necə gözəl görünür. Gəlin birlikdə nəzər salaq.

 

Ərəb gözəllərinin 5000 illik sirləri

 

Sirr 1. Zeytun yağı.

    Tarixçilər deyir ki, Ərəbistan qadınları 4000 ildir ki, saf zeytun yağından istifadə edir. Onu əllərinə, saçlarına, dabanlarına, çiməndən sonra bədənlərinə çəkirlər. Zeytun yağını istifadədən əvvəl bir az isidin. Saçlarınıza zeytun yağından maska edin.

 

Ərəb gözəllərinin 5000 illik sirləri

 

Sirr 2. Evkaliptlii qara sabun

     Ərəbistanın qara sabunları burada da dəbdədir. Mikrob əleyhinə vitaminlərlə zəngin sabun Şərq hamamlarının bəzəyi idi. Bu sabunun şöhrəti Osmanlı sultan hərəminə də gəlib çatmışdır. Qara sabun müasir skrabı əvəz edir. Onula başdan ayağa kimi yuyunardılar. Bədəni dezinfeksiya edir, yumşaldır.

 

Ərəb gözəllərinin 5000 illik sirləri

 

Sirr 3. Xına

     Qədimdən qadınların saç rəngi, dırnaq boyası, dəri xəstəliklərinin dərmanı idi. Xına baş ağrısı, miqren, haymorit, saçlarda kəpək, hətta sümük ağrısının da məlhəmi idi. Qədimdə nənələr deyərdi ki, başım ağrıyır, xınamın vaxtı keçib. Xına günümüzə kimi gəlib çatıb, amma sadəcə əl və ayaqlara bəzək vurmaq üçün istifadə edilir. Xınanı saçlara qoymağı sınayın.

 

Ərəb gözəllərinin 5000 illik sirləri

 

Sirr 4. Dəvə südü

     Bədən dəriləri hamar, yumşaq, incə, daim elastik və tonusda olsun deyə, əsilzadə ərəb qadınları, rəqqasələri təzə dəvə südündən vanna qəbul edərdi. Elə indi də dəvə südü Ərəbistanda aktualdır. Dəvə südü ilə Kleopatra da çimərdi. Siz dəvə südü tapmasanız da, inək südü ilə vanna qəbul edin. O da vanna dolusu süd yox. Bir vanna suya 1 litr süd yetərlidir.

Ərəb gözəllərinin 5000 illik sirləri

Sirr 5. Dəniz duzu

     Eramızdan 300 il əvvəl Nabatey hökmranlığında Ölü dənizin duzundan istifadə olunurdu. Minerallarla zəngin duz bütün orqanizmə gözəl təsir edir. Bu duzla vanna qəbul edin.

     Əziz xanımlar, hər birinizə daima gözəl və baxımlı olmağı arzu edirəm. Xanım özünə nə qədər diqqət etsə, bir o qədər də gözəl görünər... Unutmayın ki, çikin qadın yoxdur, baxımsız qadın var.

5 may 2013
GO BACK