Qadin.NET / Gözəlliyinizin 9 düşməni

Gözəlliyinizin 9 düşməni

Gözəlliyinizin 9 düşməni
1.п»їƏn təhlükəli prosedur - saçların rənginin açılmasıdır.Belə ki, bu prosedur saçları həddindən artıq çox qurudur! Bir dəfəyə saçların maksimum rənginin açılmağına çalışmayın,bunu tədricən edin.6 həftədən bir saç boyasından istifadə edin, hər dəfə də əvvəlki saç boyasının rəngindən bir ton açıq boyadan istifadə edin.
2. Burun,alın və çənədə sızanaqların sıxılması - əgər dərinizdə sızanaq əmələ gəlibsə ona əl dəyməyin, sızanaq 2-3 gün ərzində özü keçib gedəcək.Sıxdığınız halda isə onun sağalma müddəti 7-10 günə qədər uzanır.Həm də sızanaq ətrafında yeniləri əmələ gələ bilər.Çünki bu halda məsammələrə infeksiya salınır və iltihabi proses daha da güclənir.
Gözəlliyinizin 9 düşməni

Resept:
Çalınmamış yumurtanın ağına qarışdıra-qarışdıra toz kirşan və yaxud uşaq talkı  tökün.Yatmamışdan əvvəl təmiz dəriyə bir qat çəkin,qoyun qurusun.Səhər üzünüzü yuyun.Bu proseduru sızanaq quruyana qədər təkrarlayın.
3. Makiyajın silinməsi - kirpiklərdəki tuşla yatdığınız halda bunlar da dəriyə nəfəs almağa imkan vermir.Əgər yatmamışdan əvvəl makiyajı silməsəniz səhər pis nəticə əldə etmiş olacaqsınız; bozumtul rəngdə üz dərisi ,qızartılar,sızanaqlar,irinlər.
Çox yorğun da olsanız təmizləyici vasitə götürüb üz dərinizdəki bütün makiyajı silməlisiniz.
4. Qaş tüklərinin çıxarılması - qaşlardakı bir neçə tükcükləri çıxartmaq sizdə alınmayacaq.Adətən , bu, maraqlı olur və nəticədə qaşların gözəl forması əvəzinə üzdə görünüşü pis edən tüklər əmələ gəlir.
Resept:
1 xörək qaşığı gənəgərçək yağı ilə bitki yağını qarışdırın,üzərinə 2 damcı kamfora yağını əlavə edib qarışığı isidin.Pambığı bu qarışığa isladıb 5-10 dəqiqəlik qaşların üzərinə qoyun.
5. Birbaşa günəş şüaları - birbaşa günəş şüaları döş dərisi üçün çox təhlükəlidir ; belə ki, dekolte hissəsindəki dəri çox tez qocalır. Nəticədə dərinizdə vaxtından əvvəl qırışlar,ləkələr əmələ gəlir,həmçinin də ultrabənövşəyi şüalar dərini çox qurudur. 40 yaşından sonra günəşdə çox olmaq olmaz.Belə ki, ultrabənövşəyi şüalardan dərini qoruyan melanin əvvəlkindən daha az istehsal olunur.
6. Gec yatmaq - normal yuxu zamanı dəri hüceyrələri oksigenlə zənginləşir,gündüz stressindən bərpa olunur.Həmişə gec yatanda və səhər tez oyananda dəriyə bərpa olunmağa zaman çatmır.Nəticədə , dəri solğun görünür,gözlərin ətrafında qara ləkələr və qırışlar əmələ gəlir.
Gözəlliyinizin 9 düşməni

İnsan orqanizminə sutkada 8 saat gecə istirahəti lazımdır,təbiəti aldada bilmərik.Gün ərzində bir neçə dəqiqə yatmaq belə bizim görünüşümüzə pis təsir edir,göz altında qara kölgələr əmələ gəlir,üz dərisi sallanır - bu halda insanın yeganə istəyi uzun və bərk yuxu olacaq.
7. Ayaqlara baxımsızlıq - ayağınızı digərinin üstünə qoyub oturmaqdan xoşunuz gəlirmi? - Bu zaman qan dövranı pozulur.
Kiçik ölçüdə ayaqqabı geyinirsinizmi? - Belə ayaqqabı geyindiyində daban bayırda qalır və bu zaman dabanda çatlar əmələ gəlir. Əvvəl-axır ayaqlarda müxtəlif problemlər yaranır; mütləq bunun yaranmasının qarşısını almaq lazımdır.Elə şeylər var ki, ayaqlar onu xoşlamır,ayaqlarınızı mənfi faktorlardan və pis şəraitdən qorumağa çalışın.Bundan əlavə,öz rasionunuza fikir verin - yağlı,duzlu və çox şirin yeməməyə çalışın. 
Gözəlliyinizin 9 düşməni

Resept:
Ayağınızda əmələ gəlmiş mozola bir neçə damcı lavanda yağı ilə soyuq kompress qoyub 10 dəqiqə saxlayın.
Əgər ayaqlarınız yorulub və şişibsə, bu zaman Şərq təbabətinin reseptlərindən istifadə edin:
Hər ayaqda orta barmağınızın ucunu 10 dəfə massaj edin.Bunu hər axşam 3 dəqiqə ərzində etmək məsləhətdir.
8. Səliqəsiz dırnaqlar - dırnaq ətrafındakı dərinin dişlənilməsi dırnaqların qırılmasına və onun yanlarında iltihaba səbəb olur.Dırnaq ətrafındakı dərini tez-tez nəmləndirin,hər gün yüngül krem və yaxud kutikullar üçün yağdan istifadə edin,həftədə bir dəfə isə əl dərisini ölü dəri hüceyrələrindən təmizləmək üçün vasitədən istifadə edin.Kəsik manikürdən imtina edin.
Resept:
İsti bitki yağına vitamin A,3 damcı yod əlavə edin.Həftədə 2 dəfə istifadə edin.
İsti suda orta duzlu məhlul hazırlayın və məsələn,televizora baxa-baxa əl barmaqlarınızı orda saxlayın .
Gözəlliyinizin 9 düşməni


9. Stress - stressli situasiyalar sizin gözəlliyinizə bir çox tərəflərdən çox böyük ziyan vurur.Əgər bütünlüklə problemlərimizdə itib batsaq,onda əlbəttə ki,saçlarımız töküləcək,dişlərimiz çatlayacaq,ümumilikdə , orqanizm tonusdan düşəcək.
Stress zamanı dəridə quru,qaşınan qızartılar əmələ gələcək: narahat olmağa davam etsəniz, dəridə əmələ gələnlər bu reaksiyanı daha da gücləndirəcək.Əgər siz stressli bir situasiya yaşayırsınızsa, dərini qorumaq üçün yumşaq , təmizləyici vasitələrdən istifadə edin, ilıq duşdan sonra bədəninizə quru dəri üçün yumşaq nəmləndirici süd çəkin,üz dərisinə də nəmləndirici krem çəkin.
Ağır iş və stressdən zəifləmiş orqanizmi sağlam qida ilə saxlamaq lazımdır:acı şokolad , balıq,banan,qoz,portağal və digər ərzaqlar çox güclü antidepressant sayılır.
27 iyul 2013
GO BACK