Əzvay - bir çox xeyirli xüsusiyyətlərə malikdir. Bu bitkidən hazırlanan dərmanlar bir çox xəstəlikləri aradan qaldırmışdır. Ancaq, heç də hamı əzvayın möcüzəvi kosmetik xüsusiyyətlərinin olduğunu bilmir. Bu bitkinin şirəsi dərinin qocalmasının qarşısını alır, yəni hüceyrələrin yaranmasına imkan verir. Bundan əlavə, əzvay şirəsi qırışların əmələ gəlməsinin qarşısını alır, artıq mövcud olan qırışları hamarlaşdırır.
Əzvay şirəsi dərini təravətləndirir.
İlk öncə, siz düzgün şəkildə əzvay şirəsini hazırlamalısınız. Bunun üçün sizə 15 sm uzunluqda olan əzvayın aşağı hissəsindəki yarpaqları
lazımdır. Yarpaqları dərib şirəçəkəndən çəkin. Alınmış mayeni 4 qatlı tənzifdən keçirin.
Əgər siz əzvay şirəsini su ilə qarışdırsanız ( 1:1 ) əmələ gəlmiş losyonla sızanaqlı, civzəli dərini silə bilərsiniz.
Həmçinin, əzvay şirəsi ilə dərinizi silsəz, o soyuğa davamlı olacaq.
Əzvay maskaları
1 çay qaşığı əzvay şirəsini, 1 yumurta sarısı və 1 xörək qaşığı xama ilə qarışdırın. Bu maska bütün dəri tiplərinə uyğundur.
Maskanı dərinizə qat-qat çəkin, yarım saat sonra isti su ilə yuyun. Daha sonra üzünüzü soyuq su ilə yaxalayın.
Maskanı həftədə 1-2 dəfə etmək olar.
Solğun dəri üçün maska
Əzvay şirəsini qaranlıq soyuq yerdə iki həftə saxlayın. Eyni miqdarda şirə, bitki yağı və lanolin tərkibli istənilən mazı birlikdə
qarışdırın. Maskanı 38 dərəcə temperaturda qızdırın, üzünüzə çəkin, 20 dəqiqə sonra silin və yuyun.
Maskanı həftədə iki dəfə edin.
15 prosedurdan sonra siz görəcəksiniz ki, dəriniz daha cavan və təravətlidir.