Qadin.NET / Avanturin-sevgi və uğur təcəssümü

Avanturin-sevgi və uğur təcəssümü



Qədim zamanlarda avanturini oyunçu daşı adlandırırdılar.O insana uğur gətirməklə yanaşı riskli məqamlarda böyük yardımçı olur.Əgər sizin sevgidə bəxtiniz gətirmirsə o zaman avanturinə müraciət edin.Avanturindən ibarət olan talisman insana xoşbəxtlik gözəl əhval ruhiyyə və gümrahlıq bəxş edir.

 Maraqlısı odur ki,  avanturin adı ilk dəfə  bu qiymətli daşa verilməyib.O dövrdə avanturin adlı şüşələr mövcud olmuşdur.Eramızdan əvvəl 13-cü əsrdə Venesiya hökuməti rengli şüşələrin istehsalı üçün Murano adalarına üz tutmuş və burada avanturin şüşələrinin idxalına başlanılmışdir.Deyilənlərə görə bir dəfə  Venesiya rəssamınin əlindən ərinmiş şüşənin uzərinə qəfildən bir neçə damcı bal tökülmüşdür.Və bunun nəticəsi olaraq cox qeyri adi bir material formalaşmış və avanturin adlandırılmışdır.

  

Avanturin-italyan sozu sözu olub, avventuro sözündən götürülmüşdür.Mənası isə tesadüf deməkdir.Əgər siz  daxili gərginliyinizi aradan qaldırmaq  və kompleksinizdən uzaq olmaq istəyirsinizsə, o zaman avanturin taxmagınız məsləhətlidir.O kaprizli deyil eksinə sahibinə rahatlıq və gözəllik verir.Avanturindən istifadə edən insanlar ətrafındakılara gözəl təssürat  bəxş edir.İşgüzar insanlara isə hadisəni mükəmməl anlama və vacib müqavilələrin bağlanmasında  yardımçı olur.Avanturin həmçinin bir çox xəstəliklərin -dəri xəstəliyinin, ekzemanın, saç tökülməsinin, ürək nasazlığının və s müalicəsində böyük əhəmiyyətə malikdir.Sevgi və uğur təcəssümü olan avanturin taxmaq nəsibiniz olsun.

9 noyabr 2010
GO BACK