Qadin.NET / Heyva ilə gözəlləşin

Heyva ilə gözəlləşin

 

Kosmetologiyada üz dərisi üçün yetişmiş heyva və onun tumlarından istifadə edilir. Ev şəraitində heyvadan yağlı dəri üçün losyon və maska hazırlamaq olar. Maskalara heyvani və bitki yağları, yumurta sarısı, un və nişasta əlavə etdikdə bunlar quru, normal dəriyə uyğun olur.

Üz dərisi üçün heyva

Heyva dilimi ilə üz dərisini silmək olar. Heyva solğun, qırışlı dəriyə gözəl təsir edir.

Üz üçün heyva şirəsi

Yetişmiş heyvanı xırda-xırda rəndələyib onun şirəsini sıxın. Bu şirə ilə yağlı dərini silmək olur, həmçinin heyva şirəsi çilləri də ağardır.
Solğun dəri üçün heyva - sulu yetişmiş heyvanı xırda-xırda rəndələyin, üzünüzə çəkin, sonra yuyun. Bu maska həm də sızanaqlı dəriyə də uyğundur.

Üz üçün heyva maskası

Bunun üçün yetişmiş heyvanı rəndələyin, bura 1 xörək qaşığı qaynar su, 1 xörək qaşığı yulaf unu və nişasta əlavə edin. Maskanı üzünüzə çəkin, 15-20 dəqiqə saxlayın, sonra yuyun. Bütün dəri tiplərinə uyğundur.

Təmizləyici heyva maska

Heyvanı rəndələyin, bura 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra yuyun. Bu maska qırışlı-yağlı dəri tipinə uyğundur. Maska dəriyə təmizləyici, təravətləndirici və canlandırıcı təsir göstərir.

Yağlı saçlara qulluq vasitələri

30 qram heyva tumlarının üzərinə 1 stəkan su töküb 1 saat saxlayın. Sonra zəif odda qaynadıb süzün. Bunu isti-isti yağlı saçların dibinə sürtün. Saçlar quruduqdan sonra isti su ilə yaxalayın. Bu proseduru 1 həftə ərzində hər gün etməyiniz məsləhət görülür. Bu qarışığı soyuducuda saxlamaq olar.
Heyvanın içini çıxarıb onu doğrayın, üzərinə bir qədər su töküb 3-5 dəqiqə qaynadın. Soyumuş məhlulu saçlarınızın diblərinə çəkin, 1 saatdan sonra şampun istifadə etmədən isti su ilə yuyun.

Yanıqlara qarşı heyva tərkibli vasitələr

Heyva tumlarının üzərinə qaynar su tökün, 5 dəqiqə ərzində çalxalayın, tənzifdən keçirin. Bunu yanmış yerlərə gündə 1-2 dəfə çəkin.

27 aprel 2013
GO BACK