Kosmetologiyada limonun şirəsi, qabığı, həmçinin efir yağından istifadə edilir. Limon şirəsini, efir yağını kosmetik maskaların, losyonların tərkibinə qatırlar. Limon əsaslı maskalar yağlı dəriyə çox gözəl təsir edir – dərini təravətləndirir, canlandırır, məsamələri bağlayır, üzdəki qara nöqtələri aparır.
Üz dərisi üçün limon - Əgər yayda dəriniz çox tez tərləyib parıldayırsa, üzünüzü limon dilimi ilə silin. Əgər üzünüzdə sızanaqlar varsa, bu proseduru o zaman da edə bilərsiniz.
Quru dəri üçün maska - 1 yumurta sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı limon şirəsini qarışdırın, üz,boyun və sinə dərinizə çəkin. 15-20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.
Yorğun dəri üçün maska
1 çay qaşığı bal, bir neçə damcı limon şirəsi və 1-2 çay qaşığı qaymağı qarışdırın, üzünüzə çəkin, göz ətrafına isə pambıq tampon qoyun, yarım saatdan sonra isti su ilə yuyun.
Yağlı dəri üçün maska
2 xörək qaşığı üyüdülmüş herkulesə ( yulaf topaları ) 1 yumurta ağı və 1 neçə damcı limon əlavə edin, qarışdırın, maskanı 2 dəfəyə üzünüzə çəkin, 20 dəqiqə saxlayın, sonra 1 neçə damcı limon şirəsi əlavə edilmiş su ilə yuyun.
Quru dəri üçün maska
1 ədəd qurudulmuş limon qabığını əzib toz halına gətirin. Bu tozu eyni qədərdə xama və 1 ədəd yumurta sarısı ilə qarışdırın, üz və boyun dərisinə çəkin, 10-15 dəqiqə sonra isti su ilə yuyunun.
Qırışlara qarşı maska
Eyni qədərdə limon və kök şirəsi, düyü unu və qatığı qarışdırın, qırışlar olan hissəyə çəkin, 15-20 dəqiqə saxlayın, sonra yuyun. Həftədə 3 dəfə etməyiniz məsləhətdir.
Yağlı dəri üçün maska
1 ədəd limonu doğrayın, üzərinə 100 qram araq əlavə edin. 10 günlük qaranlıq yerə qoyun. Sonra süzüb, qaynar su ilə qarışdırın. Səhər və axşam üzünüzü silin.