Qadin.NET / Badamla gözəlləşin

Badamla gözəlləşin

 

Kleopatranın gözəlliyi haqqında deyilən rəvayətlərin birində göstərilir ki, o badam yağından mütəmadi olaraq  istifadə ediridi. Badam yağı dərini və saçları inanılmaz dərəcədə yumşaq edir, onun möcüzəvi tərkibini bütün dünya kosmetoloqları və trixoloqları yüksək qiymətləndirir. Badam yağı A, E, F vitaminləri ilə zəngindir. O dərini çox gözəl qidalandırır, qan dövranını yaxşılaşdırır, piy toxumasının işini normallaşdırır. Dəriyə elastiklik, saçlara parlaqlıq və yumşaqlıq bəxş edən Omeqa-3 və Omeqa-6 turşulara sahib olan unikal meyvə və yağdır. 

Üz dərisi üçün tonusverici maska:

1 çay qaşığı badam yağı ilə həmin miqdarada limon şirəsini qarışdırın. Alınan məhlulu üz və boyun hissənizə çəkin. 15 dəqiqədən sonra ilıq su ilə yuyun. Bütün dəri növləri üçün məsləhətdir.

 

Yağlı dəri üçün skrab-maska: 

Blenderdə 200 qr yulaf topaları və 10 ədəd badamı əzin, məhlulu yumurtanın ağı ilə çalın. Nəmlənmiş üz və boyun dərisinə çəkin. 5 dəqiqə saxladıqdan sonra yuyun. Həftədə 1 dəfə etmək olar. Bu maska dəriyə tonus bəxş edir və təmizləyərək gümrahlıq  hissi bəxş edi

Saç üçün qidalandırıcı maska :

2 xörək qaşığı badam yağı ilə 1 yumurtanın sarısını qarışdırıb. Saçların dibinə və  saçlara çəkin. Üstündən duş üçün papaq geyinib, 15 dəqiqədən sonra yuyun. Bu maska rənglənmiş saçların rəngini uzun müddət qoruyub saxlayacaq. Təbii  saçların isə mükəmməl olmasını təmin edəcək. 

Sizin gözəllik köməkçiniz: 

1.Əllər üçün badamlı nəmləndirici maska Pure Derm

 2.Duş üçün badamlı yağ L”Occitane

3.Pilinq Almond Moisture svrub CND

4.Bədən spreyi Le Petit Marseillais 


 

31 mart 2013
GO BACK