Deyirlər ki, kakaodan hazırlanan içkini mayya ruhaniləri ixtira ediblər. Onlar bu içkini müqəddəs hesab edirdilər. Təsadüfi deyil ki, mayyalılar şokolada sitayiş edərək ömür yaşayıblar. Təcrübi yolla sübut olunmuşdur ki, şokolad nəinki endorfinin miqdarını artırır, həmçinin əhval-ruhiyyəni qaldırır, dərinin qocalmasının qarşısını alır və sağlamlıqla əlaqədar bir çox problemləri aradan qaldırır.
Bu şirniyyatın tərkibində olan kofein hüceyrədaxili metobolizmin qan dövranını stimullaşdırır, şişləri aradan qaldırır, sellulitlə və yığılmış piy toxumaları ilə mübarizə aparmağa kömək edir. Şokolada təkrarolunmaz iy və dad verən yağların tərkibində F, amin turşuları və polifenol var. Bu möcüzəvi birləşmə dərinin dərin qatlarındakı zədələnmiş hüceyrələrin bərpa olunmasını, stresslə mübarizəni, dərinin erkən qocalmasının qarşısını almaqda ən güclü yardımçıdır.
Şokoladla əsaslı qocalma əleyhinə maska: 50 qr şokoladı (yaxşı olar ki, acı şokolad) əridin. Ora 1 çay qaşığı bitki yağı əlavə edib soyudun. Sonra üz və boyun dərisinə çəkin və 15 dəqiqədn sonra ilıq su ilə yuyun.
Saçların uzanması və parıltısı üçün maska: 3 xörək qaşığı kakao yağı və 3 çay qaşığı konyakı yaxşı-yaxşı qarışdırın. Alınan məhlulu saçın dibinə, sonra isə bütövlükdə saçlara çəkin. 15 dəqiqədən sonra yuyun. Bu maska qan dövranını gücləndirir, saç uzanmasını tənzimləyir, saçlara parlaqlıq və güc bəxş edir. Sizi isə endorfinlə-xoşbəxtlik hormonları ilə zənginləşdirir.
1.Şokoladlı pilinq Aromatherapie Peeling Laric
2.Dodaqlar üçün şokoladlı balzam Petits Fours L”etual
3.Duş üçün gel “Şokolad və kokos” Kamill
4.Bədən skrabı “Şokomania” The Body Shop