Qadin.NET / Saçlara qulluq

Saçlara qulluq


Elə bir insan yoxdur ki,saçın tökülməsi problemi ilə üzləşməsin. Qadınlarda saçın tökülməsinin ağla gəlməyən səbəbləri ola bilər.Yumurtaların iltihabı,bağırsaqları,kəllədaxili təyziq,qan azlığı,hamiləlik və.s.Gözəl və sağlam saçlara sahib olmaq üçün əvvəlcə qida rasionuna fikir vermək lazımdır.Axı bizə lazım olan vitaminlər qəbul etdiyimiz qida ilə bərabər orqanizmimizə daxil olur.Bitki yağlarının tərkibində olan A,B,C,D vitaminlər qrupu sink,dəmir və yağ turşuları saçlarımızın strukturunu bərpa edir və onlara sağlam görkəm verir.

Saçlar töküldükdə əvvəlcə onları möhkəmləndirmək üçün 1-2 ay ərzində həftədə 1 dəfə yumamışdan yarım saat əvvəl saçın kökünə bərabər miqdarda spirtlə,gənəgərçək yağının qarışığını sürtüb,sonra yaxşıca yumaq lazımdır.

1-2 aydan sonra saçlar artıq möhkəmlənibsə,onda saçlarda digər maskalardan itifadə etmək olar.Bunun üçün 1 x.q.soğan şirəsini 2x.q. araqla qarışdırın.Yağlı kəpəkdə və saçlar töküldükdə 3-4 ay müddətində hər dəfə saç yumazdan əvvəl başın dərisinə sürtün.

Saçların soğanağını aşağıdakı tərkibli qarışıq bərpa edir.

Orta ölçülü 1 ədəd soğanın şirəsini həmin miqdarda genegerçek yağı və 1 yumurtnın sarısı əlavə edilib qarışdırılır.Saçı yumağa 45 dəqiqə qalmış qarışığı başın dərisinə sürtüb,saçları səliqə ilə darayın.Sonra başı selefon paketlə örtün.Müntəzəm olaraq müalicə kursunu təkrarlayın.Gicitkənin təzə şirəsini su ilə qarışdırıb saçlarınızı yaxalayın.Bu proseduradan sonra başda kəpək əmələ gəlməyəcək,saçlarınız gözəl və parlaq olaraq,onların kökləri möhkəmlənəcək,qan dövranı yaxşılaşacaq.

 

 

Saçlara qulluq
22 oktyabr 2010
GO BACK