Əslinə baxsaq, təbiətdə dəri baxımı üçün hər cür məhsul tapmaq mümkündür.Bunun üçün mütləq kimyəvi bir qarışığa və formula ehtiyac olmaya bilər.Yalnız hansı bitkini və ya məhsulu hansı baxım üçün istifadə edəcəyinizi bilməyiniz kifayətdir.Bunlardan biri də şokoladdır.Kakao mənşəli olan şokolad əsrlərdir ki, qadınların gözəllik,baxım və kosmetik, dəri baxımı üçün istifadə edildiyini görə bilərik.Kakao mənşəli olan şokoladın çox vaxt dəri narahatlıqları üçün əsas səbəb olması məlumdur.Hər şeyin çoxu zərər olduğu kimi şokoladın da dəri baxımı üçün əlbəttə ki, zərərləri ola bilər.Əhəmiyyətli olan bu vəsaiti necə, harada və nə qədər müddətə istifadə edilməsini bilməkdir.
Xüsusilə tünd şokoladın çox güclü antioksidant olması artıq bütün tibb ictimaiyyətində qəbul edilməkdədir. Belə ki, tünd şokoladlar dəri baxımı ilə yanaşı, şərab və yaşıl çay ilə eyni anda istifadə edilməyə başlandı.
Şokolad şərab kimidir. Yaxşı şokolad nadir bir şəraba bənzəyir.Təmiz qara şokoladda bol miqdarda polifenol, maqnezium,kalium ,fosfor və E vitamini var. Həqiqətən kakaodakı antioksidantların qırmızı şərab və yaşıl çayla müqayisə edilə biləcək qədər güclü olduğunu ifadə edirlər.Şərabda da, şokoladda da polifenollar olur. Polifenollar zərərli xolesterolu azaltmağı bacaran güclü antioksidantlardır. 40 qr. qara şokoladda olan polifenolun orta miqdarı 140 ml (bir stəkan) qırmızı şərabdakına bərabərdir. Kleopatradan bu yana şərabın dəriyə nə qədər faydalı olduğu bilinir. Daha sonra yaşıl çay tərkibli kosmetikalar yayıldı və indi də növbə şokolad kremlərindədir.
Kakao yağı dərini yumuşaldır
Kakao yağı həqiqətən yaxşı bir nəmləndiricidir. Ən gözəl təsiri dərini yumuşaltması,incə qırışları düzəltməsidir.Kakaodakı zəngin antioksidantlar böyük bir ehtimalla dəri zülallarını qidalandırır.İllər əvvəl kakao yağından dərinin qaralması üçün istifadə edilmişdir.
Şokolad maskası xüsusilə yetkin dərilərdə möcüzələr yaradır.
Şokolad maskasının hazırlanması
Maska 1.
Yarım stəkan kakao
Bir yemək qaşığı süd yağı
Bir çay qaşığı bal
Bunları qarışdırın, istəsəniz içinə yulaf unu, əzilmiş badam və 1-2 damcı da zeytun yağı və ya badam yağı əlavə edə bilərsiniz.
Maska 2.
Tünd şokoladı bir az zeytun yağı ilə birlikdə buxarda əridin. Bunları yaxşıca qarışdırıb sürtülə biləsi kimi olanda üzünüzə, boynunuza, dekoltenizə, hətta istəsəniz bütün bədəninizə sürtə bilərsiniz.15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyunun.Dərinizə gözəl bir yumşaqlıq qazandıracağına əmin ola bilərsiniz.
Dodaq üçün şokolad maskası
1 çay qaşığı hindistan qozu yağı
1 çay qaşığı təmiz badam yağı
1 çay qaşığı kakao yağı
3-4 damcı təmiz E vitamini yağı
1-2 damcı nanə
3-4 damcı şokolad
Bütün bunları istiliyə davamlı kiçik bir kasaya boşaldın və tez-tez qarışdırın. Kasaya su düşməməsinə diqqət edin və 3-5 dəqiqə sonra kasanı sudan çıxardın.Qarışıq donmadan kiçik və qapaqlı bir qaba boşaldın və 1-2 dəqiqə soyumasını gözləyin.Sonra dodaqlarınızı hazırladığınızla massaj edin.
Şokoladın gözəlliklə yanaşı sağlamlığımıza da böyük köməyi vardır.