Əl maskaları dərini daha çox qidalandırır və yumşaldır. Onlar yalnız yaxşı təmizlənmiş dəriyə çəkilir. Onların tərkibinə vitaminlər, qliserin, yağlar, lanolin, mum, bal, ana südü, jenşen, aloe, çobanyastığı, yumşaldıcılar və sair daxildir. Maskalar üçün daha çox yağlı əl kremləri istifadə olunur. Xüsusi tərkibli məlhəm istifadə etmək olar.
Parafin maskası - əllərə krem çəkilir və sonra onun üstü qızdırılmış maye halında olan parafinlə örtülür. Otaq temperaturunda soyuyur. Əllərə polietilen torbacıqlar və onun üstündən isə çoxləçəkli əlcək keçirilir. Bu parafinin soyuma prosesini ləngidir. Dərindən qızdırılma nəticəsində damarlarda olan ağrılar, əzələ gərginlikləri çəkilir. İstiliyin təsiri altında məsamələr genişlənir və tər və piy ifrazatı güclənir. Limfayaranma və qan yaxşılaşır. Mikrosirkulyasiya hesabına dərinin üst qatına su daxil olması artır. Parafin isə həmin suyun buxarlanmasının qarşısını almış olur və bu da dərini yumşaldır. Parafinoterapiya nəticəsində dəri hamarlaşır, səliqəyə düşür və canlandırılmış bir görkəm alır (liftinq-effekt). Ona görə də bu maska quru və suyu çəkilmiş dəri üçün faydalıdır.