Qadin.NET / Gözəlliyin sadə sirləri

Gözəlliyin sadə sirləri

Hər bir xanım gözəl yaranır. Amma bəzən özünü bəyənməyib, gözəlləşmək üçün bəzi vasitələrə əl atır. Hətta ağrıdıcı əməliyyatlara gedən də var. Lakin keçmişə nəzər salsaq, görərik ki, xanımlar təbii vasitələrdən istifadə ilə gözəlliklərinə gözəllik qatıblar.Olduqca sadə olan bu vasitələrin bir çoxu ilə sizləri tanış etmək istəyirəm.

Gözəlliyin sadə sirləri

Bədənin bəzi yerlərində arzuolunmaz tüklərdən qurtulmaq üçün 35 qr tibbi spirt və 1.5 qr yod məhlulunu qarışdırın. 2 qr naşatır spirti ilə 5 qr gənəgərçək yağını da qarışdırın. Sonra bu məhlulların hamısını bir-birinə qataraq, 2 saat saxlayın.Gündə 2 dəfə arzuolunmaz tüklərin dibinə çəkin.2 həftəyə tüklər həmişəlik yox olur.

Gözəlliyin sadə sirləri

40 qr gicitkən toxumunu əzib 100 qr günəbaxan yağı ilə qarışdırın. Süzün, gün ərzində 8 dəfə arzuolunmaz tüklərə sürtün.2 aya effekti olacaq.Əsasən iyul-avqust aylarında çıxan gicitkən toxumları yararlı olur.

Kirpik və qaşlarınızın sıx, parlaq və uzun olması üçün yatmazdan əvvəl onlara gənəgərçək yağı çəkin. 2-3 həftəyə nəticəsini görərsiniz. Bu, qədim italyanların metodudur.

Ağ çaya rozmarin yağı damcıladıb saçlarınızı yaxalayın. Saçlar yumşaq, elastik olacaq və təbii parlaqlıq göz qamaşdıracaq. Bu, çinli xanımların sevə-sevə istifadə etdiyi metoddur.

Dəniz duzu ilə zeytun yağının qarışığından skrab düzəldib dərinizə sürtün. Bununla bədəninizə hamarlılıq və canlılıq qaytarsınız.

Gözəlliyin sadə sirləri

Balı ilıq halda diş fırçası vasitəsiylə dodaqlarınıza pilinq edin.Dodaqlar yumşaq və canlı olur.Bundan bədən dərisi üçün də istifadə etmək olar.

Kokos yağını saçlarınıza sürtməklə uclarının nazikləşməsinin və qırılmasının qarşısını alacaqsınız. Həm də saçlar ucunadək bərkiyir və parıltılı olurlar. Bu metoddan keçmiş zamanlarda hindli xanımlar istifadə edirmişlər.

Bax belə, əziz xanımlar, hamınıza gözəl qalmaq diləyirəm. Unutmayaq: çirkin xanım yoxdur, baxımsız xanım var. Məncə, gözəlləşmək üçün bundan asan vasitələr olmaz. laughing

18 fevral 2013
GO BACK