Bu xəbərimdə sizi digər 3 sabunun faydaları ilə tanış etmək istəyirəm. Bu sabunların faydaları digərlərindən daha çoxdur. Əvvəl sizə gülümbahar (kalendula) sabunu haqqında yazacam.
Gülümbahar sabunu
Gülümbahar sabunu hər növ dəri tipinə uyğundur.Dəriyə yenilik və canlılıq gətirir. Ölü dərini təmizləyərək dərinin təravətlənməsində böyük əhəmiyyət daşıyır. Dəridə olan artıq yağlanmanın və yaxud da qurumanın qarşısını alır. Həmçinin, allergiyalı dəriyə də çox gözəl təsir edir. Tərkibində zeytun yağı, hind qozunun yağı, palma yağı, xurma yağı, qliserin və s. faydalı yağlar var.
Dəfnə yarpağı sabunu
Dəri xəstəliklərində böyük rol oynayır. Dəfnə sabunu zeytun yağı ilə birləşərək saç dibindəki hüceyrələri aktivləşdirir, saçların uzanmasına və canlanmasına səbəb olur.Saç diblərini möhkəmlədərək kəpəklənmənin də qarşısını alır. Antiseptik xüsusiyyəti ilə dəridəki ləkələrin təmizlənməsinə səbəb olur.Dəridəki artıq yağların azalmasında da böyük rol oynayır. Bu sabunu ən çox yağlı dəriyə sahib olanlar işlətməlidirlər. Dəriyə rahatlıq bəxş edir. Tərkibində dəfnə yağı, zeytun yağı, qliserin, fındıq yağı, qoz yağı, xurma yağı, xurma tumunun yağı, palma yağı və s. xeyirli vasitələr var.
Hind qozu sabunu
Bildiyimiz kimi, hind qozunun yağı çox faydalı və nəmləndirici bir yağdır. Bu sabun dərini bütün qaşınmalardan, ləkələrdən və bəzi bədəndə olan pis qoxulardan azad edir. Dərini uşaq dərisi qədər yumşaq və təravətli edir.Dəridəki sızanaqları da yox etməyə qadirdir. Bədənin bəzi yerlərində olan çatları da bu sabunun köməyi ilə yox etmək mümkündür. Tərkibində qoz yağı, fındıq yağı, qliserin, badam yağı, palma yağı, darçın yağı, zeytun yağı, avakado yağı və s. faydalı vasitələr vardır.
Əziz xanımlar, gəlin gözəlliyimizi təbii yollarla qoruyaq!
Ardı var...