Əziz xanımlar, sizə təqdim etdiyim maska kipriklərin uzanmasına kömək edir. Bəzi xanımların kiprikləri uzun olsa da, bəzi xanımların kiprikləri uzun deyil. Uzun kipriklərin arzusunda olan xanımlarımız da çoxdur. Bu xəbər məhz sizə aiddir, xanımlar. Buyurun oxuyun.
Maska
1 stəkan suyu qaynadın.
1 çay qaşığı hindüşka yağı və 12 qr kakao yağını (1 yemək qaşığından bir qədər az) bir qaba tökün.
Qabı isti su dolu başqa bir qabın içinə yerləşdirib krem halına gələnə qədər isidin.
İsitdikdən sonra soyudub 15 gün yatmazdan öncə gözlərinizə dəymədən kipriklərinizə çəkin.
Sürtərkən kipriklərinizin kökündən ucuna doğru sürtün.
Kiprikləri gürlaşdırmaq üçün nə etməli?
Eyni miqdarda hindüşka yağı və zeytun yağını bir şüşədə qarışdırıb 15 gun boyunca axşam yatmazdan əvvəl gözlərinizə dəymədən kipriklərinizə kökdən uca doğru sürtün. Nəticəsini görəcəksiniz.
Hər zaman gözəl olun, xanımlar.