1 xörək qaşığı badam yağı
Yarım çay qaşığı qoz yağı
1 çay qaşığı hind yağı
3 damcı su
Bunları yaxşıca qarışdırıb tünd rəngli şüşənin içinə tökürük. Maskadan istifadə etməmişdən qabaq mütləq şüşəni çalxalayın. Sonra isə kipriklərə və hətta istəsəniz qaşlarınıza da çəkə bilərsiniz. Bu maska qaşlarınızın və kipriklərinizin uzanmağına kömək edəcək.Həftədə 2 dəfə istifadə etmək məsləhətdir.
Maska 2.
1 çay qaşığı hind yağı
Yarım çay qaşığı kakao yağı
2 damcı limon yağı
Bunları yaxşıca qarışdırın, maska halına gətırib kipriklərinizə və qaşınıza sürtün. Unutmayın ki, hazırladığınız maskanı ağzı bağlı bir qabda saxlamaq lazımdır. Maskanı 20 dəqiqə saxladıqdan sonra kipriklərinizi və qaşlarınızı südlə silib təmizləyin.
Həftədə 3 dəfə istifadə etmək olar.
1 çay qaşığı hind yağı
1 çay qaşığı avakado yağı
Yarım çay qaşığı süd
2 damcı su
Bunları yaxşıca qarışdırıb tam hazır vəziyyətə gətiririk.Alınan qarışığı kipriklərimizə və qaşlarımıza sürtürük.Maskanı 10 dəqiqə saxladıqdan sonra isə badam yağı ilə kipriklərimizi və qaşlarımızı silirik.
Həftədə 1 dəfə etmək kifayətdir.
Hər birinizə gözəl görünməyi arzulayıram.