Qadin.NET / Göz ətrafına qulluq

Göz ətrafına qulluq

      Əziz xanımlar, hər birimiz gözəl görünmək istəyirik.Bizi ən çox gözəl göstərən gözlərimizdir. Gözlərimizi həm gözəlliyimiz üçün, həm də sağlamlığımız üçün qorumalıyıq.Necə deyərlər, "gözlər qəlbin aynasıdır". Gözlər insanın daxilindən xəbər verir.İnsanın gözlərindən onun kədərli və ya sevincli olduğunu asanlıqla anaya bilərik. Gözlər bizi gözəlləşdirir.İmkan verməməliyik ki, onlar öz gözəlliklərini itirsinlər.Bunun üçün isə sizlərə bir neçə maska təqdim edirəm.

Buyurun oxuyun:

1-ci maska

0.5 ç.q. badam yağı

0.5 ç.q. limon suyu

0.5 ç.q. avakado yağı

1 çay qaşığı qoz yağı

 Bunları bir-birinə qatıb ağzı bağlı bir qabda saxlayın.Hər gecə yatmazdan  qabaq göz ətrafına yaxşıca sürtün.Maskanı 20 dəqiqədən sonra südlə silmək lazımdır.Bu maskadan sonra isə mütləq yarım saatlıq da olsa gözlərimizi yumulu saxlamalıyıq və yaxud yatmalıyıq.

2-ci maska

1 dilim kartof

0.5 ç.q. badam yağı

0.5 ç.q. avakado yağı

   Kartof dilimi çox nazik olmalıdır.Kartofu sürtgəcdən keçirib yağlarla qarışdırırıq. Daha sonra tənzifin arasına qoyub gözlərimizin üzərinə qoyuruq.10-15 dəqiqə saxladıqdan sonra ehtiyatla tənzifi götürüb gözlərimizi badam yağı ilə yüngül masaj edirik.

3-cü maska
1 ç.q. avakado yağı

0.5 ç.q. limon suyu

0.5 ç.q. soya yağı

Bunları yaxşıca qarışdırıb ağzı bağlı bir qabın içində saxlayın. Yatmazdan yarım saat qabaq göz ətrafına çəkin.Maskanı 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

 

Əziz xanımlar, sizlərə gözlərinizin gözəlliyini itirməməyinizi arzulayıram...

5 fevral 2013
GO BACK