1.Yuxunuza diqqət edin
Yetərincə yatmaq insan üçün çox önəmlidir. Yuxusuzluq və ondan irəli gələn yorğunluq üzün çökməsinə, gözaltı torbaların yaranmasına səbəb olur.
2.Soyuq suyun faydası
Soyuq su üzün dərisində canlılıq yaradır.Qan dövranının inkişafına təkan verir. Ölmüş hüceyrələri bərpa edir.
3. Nəmləndiricisiz keçinməyin
Cildinizi müntəzəm olaraq nəmləndirməyi əsla unutmayın.Pilinq və skrabla üzünüzü yuduqdan sonra nəmləndirici kremlərdən istifadə edin.
4.Bol su için
Su içmədiyiniz halda bədəninizin su-duz bölgəsində mübadilə pozulması əmələ gəlir.Bol su içmək həyati bir məna daşıyır.Odur ki,imkan daxilində tez-tez su için.
5. Günəş şüasından uzaq dayanın
Günəş dərinin vaxtsız solmasına səbəb olur.Günəşdən qorunmaq cildin gənc qalmasının əsas təminatçısıdır.
6.Qaşlarınıza diqqət edin.
Qaşlar üzün ən əsas cizgilərindən biridir.Onun hər zaman səliqədə olmasına fikir verin.Çünki səliqəsiz qaş gözün, göz isə üzün və dodaqların gözəlliyini tamamilə aradan qaldırır.
Odur ki,dərinizə təbii gözəlliyi özünüz bəxş edin ki,makiyajdan sadəcə istifadə etmiş olasınız.Hər zaman gözəl qalmağınız niyyətilə..