Qadin.NET / Mövsümlər və dəri rəngi

Mövsümlər və dəri rəngi

Mövsümlər və dəri rəngi

Saç rənginə qərar verərkən onun dəri rəngi ilə uyğunlaşmasına da əhəmiyyət vermək lazımdır. Dəri rənginə uyğun rəng seçildiyi zaman dərimizin daha parlaq, hamar və sağlam görünəcəyini söyləyən ekspertlər dəri rəngimizə uyğun saç və paltar rənglərini də bizlərlə paylaşdı.

Təbiətdəki bütün rənglər sarı, qırmızı və mavi rəngin qarışıqları ilə yaranır. Saça tündlüyü verən qırmızı piqmentlərdir. Mavi soyuq rəngi, sarı isə isti rəngi təmsil edir. Bədən rəngləri isti və soyuq rənglər olmaqla 2 yerə ayrılır. Bunların da açıq və tünd olmaqla 2 alt qrupu vardır. Soyuq qrupun açıq bədənliləri yay insanı, soyuq və tünd bədənliləri qış insanı, isti və açıq bədənliləri yaz insanı, isti və tünd bədənliləri isə payız insanı adlandırılır.
İndi isə gələk mövsüm adlarıyla adlandırılan bədənlərə hansı saç və paltar rənglərinin yaraşacağına…

Mövsümlər və dəri rəngi

Yay fəsli insanı

Bu insanların bədən rəngi açıqdır və çox zaman mavi gözlü olurlar. Günəşdə tez qaralırlar. Saçları günəşin təsirindən ağımtıl sarı rəngə qədər açıla bilər. Saç rəngləri tünd qumral və ya daha açıqdır. Yay insanına yaraşan rənglər - kül sarısı, platin sarısı və qırmızıdır. Yaraşan paltar rəngləri isə mavinin hər tonu, bənövşəyi, boz, tünd çəhrayı və ağdır.

Mövsümlər və dəri rəngi

Yaz fəsli insanı
Ümumiyyətlə, bu qrupa aid olan insanlar çillidir. Günəşdə qaralmazlar. Yaz insanına yaraşan saç rəngləri - açıq sarı, mis, qırmızı, açıq şokolad, karamel və atəş qırmızısıdır. Yaraşan paltar rəngləri isə ərik rəngi, portağal rəngi, açıq yaşıl, bej və açıq qəhvəyi rənglərdir.

Mövsümlər və dəri rəngi

Qış fəsli insanı
Ümumiyyətlə, tünd rəngli saç və dəriyə malikdirlər, amma ağ rəngli bədəni və tünd saçı olan qış insanları da vardır. Günəşin təsirini uzun müddət daşıyarlar. Qış insanına yaraşan saç rəngləri qəhvəyi rəng və qızılı refledir. Yaraşan paltar rəngi isə bənövşəyi, tünd çəhrayı, göy, tünd bənövşəyi, ağ və tünd bozdur.

Mövsümlər və dəri rəngi

Payız fəsli insanı

Yaraşan saç rəngləri tünd karamel, tünd mis rəngi, tünd şokolad, tünd sarı, bal rəngləridir. Payız insanına yaraşan paltar rəngləri  isə qəhvənin hər tonu, yaşıl, narıncı, kirəmit rəngi və torpaq tonlarıdır. Yaşı ötdükcə dərilərində qırışlar yaranmağa  başladığı zaman açıq rəngləri seçməlidirlər. Payız qadını yaşı ötdükcə yaz qadınının rənglərinə üstünlük verməlidir, çünki saç rəngi tündləşdiyi zaman dəri rəngi daha açıq görünər və üzdəki deformasiya və xətlər daha çox diqqət çəkər. Ayrıca yaş keçdikcə yaranan ağ saçları gizlətmək üçün açıq saç rəngindən istifadə etmələrində fayda vardır.
Qadınlar hər vaxt gözəl görünmək istəyir və paltar seçərkən bədənlərinə, saç rənglərinə və bədən rənglərinə uyğun olması onlar üçün əhəmiyyətlidir. Şübhəsiz ki, dəri rənginə uyğun olan paltarlar ən gözəl geyimlərdir.

Mövsümlər və dəri rəngi

Hər zaman gözəl və zövqlü olmanız diləyi ilə...

2 mart 2013
GO BACK