Qadin.NET / Kirpiklərin oxdur,qaşın kamandır

Kirpiklərin oxdur,qaşın kamandır

 



 

Qadınlar üçün uzun və gur kirpiklər gözəllik simvollarından  biridir. Gözlərinizin gözəlliyini üzə çıxartmaq üçün istifadə etdiyiniz,taxma kirpikləri, kirpiklərə gurlaşdırıcı  tuş çəkməyi yəqin ki,artıq  yoxlamısınız. Və bu müvəqqəti həllərdən bezmisinizsə, sizə son dərəcə sadə və təbii bir üsulla necə daha gur və uzun kirpiklərə sahib olmanın yolunu demək istəyirəm.

Hind yağı və kakao yağı ilə edəcəyiniz qarışıqla daha uzun və gur kirpiklərə sahib ola bilərsiniz. Ancaq maskanı hazırlayarkən diqqət yetirməniz lazım olan məsələ vardır: maskanı mütləq şüşə kasada hazırlayın və metal qaşıq yerinə taxta   qaşıq istifadə edin.


Hazırlanması:
Kiçik bir şüşə kasanın ya da qabın içinə, bir yemək qaşığı kakao yağı və bir çay qaşığı Hind yağı qoyun və qarışdırın. Ardınca bir qazanın içinə bir miqdar su töküb, ocaqda suyu qaynadın,su qaynadıqdan sonra ocaqdan götürün. Qaynar su olan qazanın içinə şüşə kasanı yerləşdirin və içinə su sıçratmadan Hind yağı ilə kakao yağını qarışdırmağa davam edin. Qarışıq məcun keyfiyyətini alanda, qabı qazanın içindən çıxardın və soyumaq üçün kənara qoyun.



Gecə yatmazdan əvvəl bu qarışığı kirpiklərinizə sürtün,çalışın gözünüzə düşməsin.Bunun üçün ucu pambıqlı qulaq çöplərindən istifadə edə bilərsiniz,ehmalca kipriklərinizin diblərinə çəkin.  15 gün daimi davam edib sonra bir həftə ara verin,sonra yenidən  təkrar başlaya bilərsiniz. Bu maskaya qarşı hər hansı bir allergiyanız olsa  istifadəni saxlayın. Bu maska qısa müddətdə kirpiklərinizi gurlaşdıracaq. Əgər qaşlarınız da seyrək və qısadırsa bu maskadan qaşlarınıza da  tətbiq edə bilərsiniz.
10 dekabr 2012
GO BACK