Qadin.NET / Kakao yağının dərimizə faydaları

Kakao yağının dərimizə faydaları

Dəri çatlaqları, epilyasiyadan sonra köhnələn dərinin müalicə edilməsi, sağlam və sürətli bürünclük üçün kakao yağı qadınların imtina edilməzləri arasındadır. Üstəlik, xoş qoxusu sayəsində bədənə inanılmaz bir rahatlıq verir. Arzuolunmaz tüklərdən xilas olduqdan sonra rahatlanmaq üçün kakao yağından istifadə edin. Tüklərdən xilas olmaq üçün etdiyiniz əməliyyatlardan sonra dərinizdə qızartılar görülə bilər. Həm üz, həm də bədəndə dərinizin nəmə ehtiyacı var. Nəm dərinizin parlayıb, elastiklik qazanmasını təmin edir. Tərkibindəki bəsləyici və nəmləndirici maddələr sayəsində kakao yağı dərinizə ehtiyac duyduğu baxımı təmin edəcək.


Epilyasiya əməliyyatınız bitdikdən sonra pambıq vasitəsilə kakao yağını həmin bölgələrə çəkin. Dairəvi hərəkətlərlə masaj edərək dərinizə yedirdin, sonra dərinizin rahatladığını hiss edəcəksiniz.
Sürətlə kökəlib-arıqlama, dəri quruluğu kimi səbəblərdən sinə, bud və göbək bölgəsində dəri çatlaqları meydana gələ bilər. Xüsusilə hamiləlik dövründə sürətlə kökəlmə dərinin çatlamasına gətirib çıxarır.


Hamilə olduğunuzu öyrəndiyiniz andan etibarən dərinizdə çatlamaların qarşısını almaq üçün kakao yağından istifadə edə bilərsiniz. 
Qumral və ağ dərili qadınların günəş vannası qəbul edərkən qarşılaşdıqları vəziyyətlərdən biri dərinin yalnız qızarmasıdır. Xəyalınızdakiı bürünc bədənə qovuşmaq üçün günəş vannası qəbul edərkən kakao yağından istifadə edə bilərsiniz.
Püskürtməli qapaqlı bir şüşənin içində bərabər nisbətdə ərik və kakao yağını qarışdırın. Günəş vannası qəbul etməyə başlarkən dərinizin həssaslıq nisbətinə uyğun olan günəşdən qorunma kremini çəkin. Qoruma kremi dəriniz tərəfindən əmildikdən sonra kakao və ərik yağı qarışığını dərinizə püskürdün. Bu qarışığı dairəvi hərəkətlərlə masaj edərək çəkməyə və hər bölgəyə bərabər nisbətdə paylamağa diqqət edin. Bu qarışıqdan ən çoxu 3 gün davamlı istifadə etməyə diqqət yetirin. Kakao yağı dərinin sürətlə yanmasını təmin etdiyi üçün 3 gündən çox istifadə etsəniz, dəriniz istədiyinizdən çox qarala bilər.
5 yanvar 2013
GO BACK