Araşdırmaçılar online olaraq 583 qadının iştirakı ilə araşdırma aparıblar. Məqsəd qadınların hansı makiyaj vasitəsindən daha çox istifadə etməsini və bu vasitələrə nə qədər büdcə ayırmasını araşdırmaq olub.
Qadınlar ən çox tuşdan istifadə edir
İştirakçıların 68 %-i ən çox tuşdan istifadə etdiklərini bildiriblər. Daha sonra 66 %-lə göz qələmi və 65 %-lə dodaq boyası gəlir. Dırnaq boyası və dodaq qələmindən başqa bütün makiyaj vasitələrindən istifadə edənlər arasında 25-34 yaş arası orta yaş qrupunun çoxluğu diqqət çəkir. Dodaq qələmindən ən az istifadə edən qrup 18-24 yaş arası gənclərdir. Yüksək sosial-iqtisadi siniflərə mənsub şəxslər daha çox makiyaj vasitəsindən istifadə edir. Araşdırmaya qatılan qadınların 12%-i makiyajdan istifadə etmir. Bu nisbət 25-34 yaş arası qrupda 7 %-dirsə, 45 və daha yuxarı yaş qrupunda 31 % olması diqqət çəkir.
Makiyaj vasitələrinə ayda təxminən 25 AZN büdcə ayrılır...
Araşdırmaya görə, makiyajdan istifadə edən qadınlar makiyaj vasitələrinə ayda orta hesabla 25 AZN-lik büdcə ayırır. Ən çox büdcə ayıranlar 35 AZN-lə yüksək sosial-iqtisadi sinfə mənsub şəxslərdir. Ən az pul ayıran isə ayda orta hesabla 25 AZN-lə 18-24 yaş arası gənclərdir. Makiyajdan istifadə edənlərin 1/10-dən çoxu makiyaj vasitələrinə ayda ən az 50 AZN büdcə ayırır. Makiyaj vəsaiti istifadəçilərinin təxminən 1/3-nin makiyaj vasitələrinə ayırdığı büdcə isə 10 AZN-dir.
Qadınlar makiyaj vasitələrini mağazadan almaq istəyir...
Araşdırmaya görə, makiyajdan istifadə edən qadınların 75 %-i makiyaj vasitələrini mağazadan alır.35 % isə kataloqdan seçərək almağa üstünlük verir. İnternetdən almaq istəyənlərin nisbəti 21%, kataloqdan məhsulları endirimlə almaq istəyənlər isə 15 % səviyyəsindədir. Kataloqdan məhsul almaq istəyənlərin çoxu 18-24 yaş arası gənclərdir. Kataloqdan seçərək almaq da gənclərin seçimidir. Bir başqa diqqət çəkən məqam isə məhsulları internetdən almaq istəyənlərin çoxunun sosial-iqtisadi sinfə mənsub şəxslər olmasıdır.