Amerikanın Women's Health jurnalı, Sandra Bullock, Rihanna və Lindsay Lohan kimi məşhurların dərilərini gözəlləşdirmək üçün bol-bol istehlak etdiyi qidaları yazdı.
Dərinizi cavanlaşdırıb gözəlləşdirəcək qidalar bunlardır:
1-Somon: Somon balığı sahib olduğu Omeqa-3 yağ turşuları ilə dərinizin quru görünüşündən xilas olmasına və günəş şüalarının zərərlərinin ortadan qalxmasına köməkçi olacaq.
2-Kök: Yüngül turşulu bir dəridə bakteriya zəbti olmaz. Kök dərinizin PH dərəcəsini qoruyaraq bunu təmin edər.
3- Avokado: Zeytunyağı kimi doymamış yağ zəngini olan bu meyvə eyni zamanda dəriyə yaxşı gələn B vitaminlərini bol miqdarda saxlayar.
4- Paxla: Antioksidantla zəngin olan paxlalar, dəri qırışıqlarını gecikdirmədə əhəmiyyətli bir rol oynayır.
5- Üzüm: Üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri edir.
6- Su: Dərinin canlılığı üçün lazımlı olan nəmi təmin edir.