Ayaqlarda olan lazımsız tüklər qadınların hər zaman problemi olub. Şuqarinq bu cür tüklərdən yaxa qurtarmağın həlli yollarından biridir.
Bəs, evdə öz hazırlayacağımız şuqarinq ilə lazımsız tüklərimizi necə təmizləyə bilərik?
Mən sizə evdə özünüz edə biləcəyiniz şuqarinq resepti təklif edirəm.
Vəsaitlər:
* 2 fincan şəkər tozu,
* 1/4 fincan limon suyu,
* 1/4 fincan su.
Şəkər tozunu, suyu və təzə sıxılmış limon suyunu kiçik ölçülü qazanda vam istilikdə bişirin. Vəsaitlərin yanmaması üçün bişirərkən tez-tez qarışdırın. Şəkər tozu əriyib qarışıq qəhvə rəngli bir mayeyə çevriləndə qazı söndürün. Şuqaringinizi bir az soyutduqdan sonra istifadə edə bilərsiniz. Növbəti prosedurlarda istifadə etmək məqsədiylə hazırladığınız şuqaringi istilik keçirməyən bir qabda saxlaya bilərsiniz.
Şuqaring prosesinə başlamazdan əvvəl aşağıdakı qaydalara əməl etməniz məsləhətdir.
* Başlamadan əvvəl dərinizin təmiz və quru olduğundan əmin olun.
* Şuqaringi kiçik parçalar halında və çox naziltmədən yayın.
* Dərhal çəkməyin, əlinizlə yüngülcə basaraq bütün tüklərə yapışmasını təmin edin.
* Tüklərin çıxış istiqamətinin tərsinə doğru sürətlə çəkin.
* Təmizliyiniz bitdikdən sonra dərinizi ilıq suyla yuyub nəmləndirin.
Aşağıdakı linklərdə proseduru daha ətraflı izləyə bilərsiz.