Artıq bir çox qadının gündəlik fərdi baxımında istifadə etdiyi makiyaj gün ərzində dəri qüsurlarını gizlədir və üz xətlərini diqqətəçarpan hala gətirərək, sizi daha gözəl və cazibədar edir.
Gün ərzində makiyajınız təzəliyini itirir və buna görə bir neçə dəfə üst-üstə makiyaj etmək məcburiyyətində qalırsınız. Buna görə də gecə yatmazdan öncə makiyajınızı təmizləməyə laqeyd yanaşmayın. Çünki yuxu əsnasında dərinizin nəfəs almasını təmin etməniz lazımdır.
Gün ərzində etdiyiniz makiyajın irəlidəki dövrlərdə dərinizə sızanaq, ləkə, xətlər və qırışlarla geri dönməsini istəmirsinizsə, hər gecə yatmazdan öncə mütləq makiyajınızı təmizləyin. Makiyajınızı təmizləmədən yatmanız kirpiklərinizin tökülməsi, dərinizin sürətlə qırışması, məsamələrin tıxanması deməkdir.
Gecə yatmazdan əvvəl mütləq dərinizi makiyaj təmizləmə vasitələri ilə təmizləməlisiniz. Makiyajın qalıqlarından dərinizi təmizləməyə yarayacaq çox sayda sabunlar və gellər var. Əvvəlcə dəri tipinizə uyğun olan sabun və gellə üzünüzü yumalı və daha sonra pambığı makiyaj təmizləmə vasitələrinə batıraraq üzünüzü yaxşıca silməlisiniz. Üstündən mütləq nəmləndirici krem çəkin və yatın.
Daha gur və uzun kipriklər üçün gün ərzində tez-tez təzələdiyiniz kiprik üçün tuşu yatmadan əvvəl mütləq təmizləyin. Çünki göz makiyajınızı silmədən və tuşun qalıqlarını təmizləmədən yatsanız, kiprikləriniz sürətlə tökülə bilər. Buna görə də göz makiyajını təmizləmə mayeləri, gelləri ilə və ya nəmləndirci krem və gül suyu ilə kipriklərinizi təmizləyib yatmalısınız.