Gözəl imic
Qadınlarda ən çox təsadüf olunan qüsurlardan biri hipertrixozdur (ifrat tüklənmə). O anadangəlmə, hormon pozğunluğu üzündən (əsasən, cinsi və mədəüstu vəzilərin disfunksiyası-zamanı) və hətta sinir sistemi fəaliyyətinin pozğunluğundan əmələ gələ bilər.
Tüklənmə ancaq bir yerdə, ya da bütün bədəndə ola bilər. Ümumən tüklənmə zamanı tüklər sifətdə, sinədə (ən çox məmələrin ətrafında) qarnın ortasında və həmçinin əllərdə və ayaqlarda çıxır. Bir yerdə olduqda isə tüklər ancaq sifətdə çıxır, lakin bəzən, əsasən cavan qadınların kürəyində, budlarında, qollarında və topuqlarında da olur.
Həm yerli, həm də ümumi hipertrixozun müalicəsi o qədər də asan deyil. Onu həkim-endokrinoloq, yəni hormonal pozuntularla məşğul olan mütəxəssis aparmalıdır.
Qol və qıçlarda çıxan tükləri apteklərdə satılan depilyatorlarla müvəqqəti təmizləmək olar. Tük çıxan yerlərə depilyator məhlulu, ya da sıyığı çəkilir. Tüklərin qalınlığından asılı olaraq 3-10 dəqiqə saxlanılır. Sonra depilyatoru ilıq su ilə yuyur, dərini isə limon şirəsi, qaragilə şirəsi, ya da üzüm sirkəsi(1 l suya 1 çay qaşığı) ilə yaxalayırlar.
Sifətə çıxan tüklərdən yaxa qurtarmaq daha çətindir. Bu tükləri nə pinsetlə çəkmək, nə də qırxmaq olar, çünki bu tədbirlər onların daha surətlə çıxmasına səbəb olur. Buna görə də mütəxəssns həkimin yanında, ya da kosmetik kabinetdə müalicə olunmaq daha yaxşıdır. Belə mualicələr böyük hövsələ tələb edir, ona görə ki, müalicənin müddəti çox çəkə bilər (yarım ildən 2 ilə qodər). Tüklər qalvanoakustika, ya da diatermiya vasitəsilə çıxarılır və bu prosedura bir neçə dəfə təkrar olunur. Nəticədə bəzi tüklər daha çıxmır, o birilər isə get-gedə daha açıq və nazik olur, axırda onlar da tökülür.
Sifətdə olan nazik tükləri isə naşatır spirti qatılmış 6%-li hidrogen-peroksid məhlulu ilə (1 çay qaşığı hidrogen-peroksid məhluluna 5 damcı naşatır spirti) rəngsizləşdirmək olar. Bu məhlulu gündə iki dəfə səhər və axşam tük olan yerlərə çəkirlər. Quruyandan sonra dəri çox həssasdırsa, üzü limon şirəsi tökülmuş su ilə yaxalayır və yumşaldıcı krem sürtürlür. Vaxt keçdikcə tüklər nəinki ağarır, onlar həmçinin nazik, quru və zəif olurlar.
hipertrixoz zamanı kvars lampadan istifadə etmək, uzun müddət gündə olmaq və həmçinin tərkibində kükürd olan preparatları. qəbul etmək məsləhət görülmür, ona görə ki, belə dərmanlar tüklərin artmasına səbəb olur.
Mənbə: Gözəlliyin sirri
6 sentyabr 2010
GO BACK