Qadin.NET / Təbii gözəlliyinizi qoruyun

Təbii gözəlliyinizi qoruyun

 

Əziz xanımlar mən bu gün sizlərə bir xanımın gözəllik sirrlərini bölüşəcəm. Təbii ki, onun dilindən.

Buyurun oxuyun və fikirlərinizi bölüşün.
Məndə heç vaxt yeniyetmə yaşında dəriylə, tezsınan və ya quru saçlarla problemlər olmayıb. Halbuki, mənim yaşıdlarım kosmetoloqa qaçırdılar, müxtəlif kremlərdən istifadə edirdilər. Razıyam ki, məndə belə hamar dəri irsidi. Saçlarım ütülənmələrlə qırılmır və tökülmür  halbuki mən fenlərdən kifayət qədər tez-tez istifadə edirdim. Amma bütün dərslərimi  bitirdikdən sonra ən maraqlısı başlandı..

 Əvvəlcə üzümdə xırda səpgi sonra isə sizanaqlar meydana gəlməyə başladı. İlk günlər mən bunlara laqeyd idim, amma sonra hərəkət etməyə başladım. Kremlərin mənə kömək etmədiyini birdən anladım. Onda mən sadə ev reseptlərinə müraciət etdim, hansılar ki, sizinlə  indi bölüşmək istəyirəm.
Birinci maskanı mən yulaf lopalarından edirdim.

Təbii gözəlliyinizi qoruyun


Mən onları kofe üyüdən maşında üyüdürdüm və balı əlavə edirdim.

 

Alınmış kütləni 10-15 dəqiqə üzümdə saxlayırdım.

 Belə maskanı bir gündən bir etmək olar: üz yumşaq və zərif olur.

 

Təbii gözəlliyinizi qoruyun

 
Alında xırda səpgidən mən adi aspirinin köməyi ilə qurtuldum.

 

Mən 4 həb götürürdüm. Onları əzirdim. Bir az bal və 2 damcı su əlavə edirdim. Alınmış kütləni üzümə qoyurdum və 20 dəqiqə saxlayırdım. Yalnız bundan əvvəl üzü buxara verib yumşaltmaq lazımdır.. Sonra ilıq suyla yuyub təmizləyirdim və yaglı krem sürtürdüm.. Effekt birinci dəfədən olurdu.
Yayda mən çiyələk maskalarını edirəm: Sadəcə çiyələyi üzümə yaxşı sürtürəm və çiyələk quruyandan sonra yuyuram.
Mənim dərimi yumşaq edir.


Əgər siz üzünüzü sadə üsulla təravətləndirmək istəyirsinizsə,onda yaşıl çayın buz kubları ilə səhərlər üzünüzü silin-çox gözəl effekti görün.

 

Təbii gözəlliyinizi qoruyun


Saçlar mənim növbəti problemim idi. Onlar cansız, tutqun oldular və tökülməyə başladılar. 
Mən qalınlığın və parıltının olması üçün saçlarima bir resepti sınadım- bu pivədir.

Mən onu qızdırırdım. Balı əlavə edirdim və saçlara qoyurdum, dəsmalla bükürdüm və 20 dəqiqə saxlayırdım.

 

Təbii gözəlliyinizi qoruyun


Effekt mənim xoşuma gəldi, saçlar daha, yumşaq oldu və tutqunluq itdi.
Tökülməyə qarşı isə bu günə kimi xardal maskasını istifadə edirəm:

 


2 x.q quru xardal götürürəm, 2 ç.q şəkər , 2 x.q ilıq su,1 yumurta sarısı və 2 l istənilən kosmetik yağ əlavə edirəm.

 

 Başın dərisinə sürtürəm, polietilenlə sarıyıram (adi paketlə də olar), dəsmalla bağlayıram. Maska ən azı 15 dəqiqə saxlanmalıdır.

Əgər dözə bilsəniz bir az da çox olar. Efekt mənim xoşuma gəldi, saçlar həqiqətən qalın oldu.

İindiki gündə bu mənim fotom, burada mən təbii görünüşdəyəm yəni: makiyajsız və fensiz.

 


Ona görə xanımlar yoxlayın və özünüzə qulluq edin. Siz çox gözəlsiniz və hamı bunu görməyə məcburdur. Kiçik xoşagəlməz komplekslərə görə özünüzü unutmaq lazım deyil.

 

 Killoqramlarla kosmetik vasitə  çıxış yolu deyil çünki təbii gözəllik həmişə dəbdədi.

Sizə müvəffəqiyyətlər arzu edirəm.

 

10 sentyabr 2012
GO BACK