Qadin.NET / Gözlərə qulluq

Gözlərə qulluq

Gözlərə qulluq

Gözləri qorumaq üçün qidanın vitaminli olmasına fikir vermək lazımdır. Gözlər üçün ən çox A vitamini tələb olunur. Bundan başqa müəyyən edilmişdir ki, B, C və D vitaminlərinin çatışmaması bəzi göz xəstəlikərinə səbəb olur. D vitamini ilə uşaqlarda uzağı görmə qüsurunu müalicə edirlər.
1.Sifətin bəzəyi aydın görünən qaşlar, gözlər və kipriklərdir. Bunlara yaxşı qulluq etmək üçün A və D vitaminlərinin yağlı qarışığını, həmçinin balıq yağı, ayıpəncəsi yağı, ya da 5 çay qaşığı gənəgərçək, 3 qaşıq günəbaxan və 1 qaşıq kamfora yağından ibarət qarışığı çəkmək lazımdır.
2. Təzə cəfərini xırda – xırda doğrayıb sıyıq halına və ondan gözünüzə maska edin. Bu, gözün altındakı kölgəni yox edəcək. Cəfərini yedikdə də yaxşı təsir göstərir.
3. Ağlayandan sonra qızarmış gözlərə 3 dəqiqəliyə isti və sonra soyuq kompres qoyun. Bunu bir neçə dəfə təkrar etsəniz gözlərinizin qızartısı keçər.
4. Səhər oayandıqda gözləriniz qızarmış və şişmişsə yatdığınız otağın havasını dəyişdirin. Pambığı lasyona batırıb gözlərinizin üzərinə qoyun və ən azı 10 dəqiqə gözləyin.
5. kirpiklərin yaxşı böyüməsi üçün göz qapaqlarına hər hansı bir yağı çəkib yüngülcə masaj etmək lazımdır.
6. Qaşlara qulluq da diqqətdən yayınmamalıdır. Bunun üçün səhər və axşam qaşlara krem çəkib şotka ilə masaj etmək lazımdır. Belə masaj tüklərin kökünü möhkəmləndirir və böyüməsinə şərait yaradır.
Həftədə 3 kərə az miqdarda bitki yağında bişirilmiş kök yeyin. Kökdəki A və E vitaminləri görmə qabiliyyətini yaxşılaşdırır, gözlərə parlaqlıq gətirir. Kəpək və çovdar çörəkləri içindəki selen elementinə görə gözləri mikroblardan qoruyur.
15 avqust 2010
GO BACK