Qadin.NET / Əllərə qulluq

Əllərə qulluq

Əllərə qulluq



Evdə təbii tərkiblər hazırlamaqla əllərə qulluq etmək o qədər də çətin deyil.

Lazım olanlar:
Limon suyu
Zeytun yağı

Hazırlanma qaydası: Üç damcı zeytun yağı və bir limonun suyunu qarışdırın. Sonra isə əllərinizə çəkin. Yarım saat saxladıqdan sonra pambıqla silin və ilıq su ilə yuyun.
Faydaları: Limon suyundakı C vitamini əllərdəki ləkələri aparır, ölü hüceyrələri bərpa edir. Zeytun yağı isə dəridəki quruluğu aradan qaldırır və dərini yumşaldır.
Nə vaxt istifadə etməli:Əllərinizin quruduğunu hiss etdiyiniz vaxt istifadə edə bilərsiniz. Məsələn, su ilə uzun müddət təmasdan sonra.

Əl maskası
Əl maskasından istifadə etməzdən əvvəl bir qədər əllərinizi ilıq suda yumuşaldın, sonra dırnaqlarınızı 5 dəqiqə ilıq zeytun yağı və 1 çay qaşığı balın içərisində saxlayın. Sonra isə zeytun yağı ilə əllərinizi və barmaqlarınızı masaj edin.

Dırnaqlar da qulluq tələb edir:
Dırnaqlar günəşin təsiri nəticəsində qalınlaşır, formasını itirir,asanlıqla qırılır və ya pul-pul tökülür. Bu dərinin də dəyişməsinə səbəb olur. Lavanda bu məqamda sizə kömək ola bilər. Dırnaqlara lavanda yağı çəkmək onları qoruyur.
14 avqust 2010
GO BACK