Qadin.NET / Dodaq boyasının zərərləri

Dodaq boyasının zərərləri

Dodaq boyasının zərərləri

Hər gün, işə, qonaqlığa, gəzintiyə gedərkən sevə-sevə istifadə edib, gözəlliyimizə gözəllik qatan dodaq boyalarının sağlamlığımıza zərərli olduğunu bilirdinizmi? 

Bu günkü günümüzdə az qala hər qadının mütləq istifadə etdiyi bir kosmetika məhsulu olan dodaq boyasının zərərləri aparılan testlər nəticəsində ortaya çıxmışdır. Dünyanın tanınmış markaları üzərində aparılmış təcrübələrə əsasən, dodaq boyasının içində müxtəlif kimyəvi maddələr aşkar edilmişdir. Bu barədə Kanadada nəşr edilmiş hesabatda məlumat verilir. 

Dodaq boyasının zərərləri

Dodaq boyasının zərərlərinin səbəbi kimi kimyəvi arsenik, qurğuşun, nikel kimi maddələrin olduğu ortaya çıxmışdır. Sağlamlığımızı əhəmiyyətli ölçüdə təhdid edən bu kosmetika məhsullarını hər nə qədər istifadə etməməyə çalışsaq da, ondan istifadə ediləcək. Buna görə də heç olmasa bildiyimiz, inandığımız markaların orijinal məhsullarını almağa səy göstərək. Çünki, insan sağlamlığı ilə zarafat edilməz. 

Dodaq boyasındakı zərərli maddələrin insan sağlamlığına vurduğu bəzi ziyanlar bunlardır: 

    1. Saçların tökülməsi   

2. Baş ağrısı, baş gicəllənməsi    

3. Böyrək ilə əlaqədar problemlər   

4. Beyin ilə əlaqədar problemlər  

Dodaq boyasının bu kimi zərərlərini bilə-bilə gəlin öz sağlamlığımızı təhlükə altına atmayaq. Mümkün qədər təbii vasitələrdən istifadə edək.  Təbii görünüşlü qadın ən gözəl qadındır. Hamınıza təbii gözəllik, təravət arzu edirəm!

 


29 mart 2013
GO BACK