Qadin.NET / Üzünüzə yaraşan qaş formaları

Üzünüzə yaraşan qaş formaları

Qaşların forması gözlərinizin və baxışlarınızın anlamını bütünləşdirir. Onların sayəsində çox ciddi, məsum və ya cazibədar görkəm ala bilərsiniz. Qaşlar qadının üz ifadəsinə mücbət və ya mənfi təsir edə bilər. Yaxşı alınmamış qaş dərhal gözə batacaq və üzünüzə xoşagəlməyən görünüş verəcək. Buna görə də üzünüzə və baxışlarınıza ən çox yaraşan qaş şəklini tapmaq üçün güzgünün qarşısına keçərək sizə yaraşan qaş modelini seçməyə çalışın. Sizə təqdim etdiyim qaş formaları seçim etməkdə sizə kömək edəcək.

Qövsvari və yay formasında qaş qadını cazibədar və anlamlı göstərir.

 

 

Üzünüzə və baxışlarınıza ciddi və sərt bir görkəm vermək istəyirsinizsə, üçbucaq qaş formasını sınayın.

 

 

Arko formasındakı qaş üzünüzə və baxışlarınıza cilvəli bir məna qatar.

 

 

Qaşlarınızın ucunu aşağıya doğru uzatsanız, üzünüzə və baxışlarınıza saf bir görünüş verər.

 

 

Qaşlarınızı üzünüzə uyğun şəkildə aldıqdan sonra qaş fırçası ilə yuxarı doğru fırçalayın. Daha sonra qaş qələmi ilə kənar xətlərini tündləşdirin.


30 sentyabr 2012
GO BACK