Diane Irons'ın 'Dünyanın ən gizli gözəllik sirləri "adlı kitabından qadınların ən çox soruşduqları suallar və cavablarını yığdıq.
Budur qadınların gözəllik mövzusunda maraqlandığı və tez-tez soruşduqları suallarla cavabları sizə təqdim edirik.
Gözlərinizə qələmi necə düz çəkə bilərsiniz?
Güzgüyə yaxşıca yaxınlaşın, göz qapağınızı içindən xaricə doğru yüngülcə çəkərək gərgin bir yer meydana gətirin. Göz qələminizi kirpiklərinizin dibindən düz şəkildə çəkin.
Böyük məsamələrinizi necə bağlamaq olar?
Üzünüzü təmizlədikdən sonra məsamələri möhkəmləndirmək üçün tonik tətbiq edin. Yağsız bir tonal krem seçin. Böyük pudra fırçası ilə pudranızı sürtün
Ətrinizin uzunmüddətli olması üçün nə etmək olar?
Ətrinizin duş geliylə yuyunun. Saçlarınızı eyni qoxunu verən şampunla yuyun. Eyni ətrin bədən losyonunu istifadə edin. Son olaraq ətrinizi boyunuza, biləklərinizə sürtün.
Nəmləndirici seçərkən necə qərar verə bilərsiniz?
Nəmləndiricilərin etiketlərini oxuyun. İçindəki vəsaitlərini anlamağa çalışın. Digər fərqli markaların məhsullarıyla müqayisə edin. Dərinizə uyğun olanı seçin
Saçı qısa kəsdirmək saçınızın uzanmasını təmin edirmi?
Saçlarınızı qısa kəsdirmək saçlarınızın tez uzanmasını təmin etməz, ancaq nizamlı kəsdirmək saçlarınızın uclarının daha güclü və qalın olmağını təmin edir.
Eyni ətir niyə hər kəsdə fərqli iyi verir?
İnsanların bədən tipləri fərqlidir. Bəziləri ətirə reaksiya verə bilər. Ətir almamışdan əvvəl mütləq test edin və 20 dəqiqə sonra satın alıb almamağa qərar verin.
Dəri rəngi corab alarkən nəyə diqqət etmək lazımdır?
Dəri rəngi corab seçərkən diqqət yetirilməli nüans corabın rənginin qolunuzun rəngi ilə uyğun olmasıdır. Bir çox qadınlar qıçlarına baxaraq açıq rəngli corab aldığı üçün qıç bədənin digər tərəflərindən daha açıq rəngdə görünür.
Dodaqlarınızın qurumasının qarşısını necə almaq olar?
Bol su için və bir az bal sürtün. Bal yalnız dərinizi nəmləndirmir, eyni zamanda dərini qoruyur.
Qaşlarınızı necə gözəl almaq olar?
Bir qələmi burnunuzun yanından tik bucaqla qaşınıza doğru tutun. Qələmin qaşa dəydiyi nöqtə əzələnizin başlama nöqtəsidir. Bu bölgənin xaricindəki tükləri maqqaşla alın.