Qadin.NET / QAŞ ALMAĞIN İNCƏLİKLƏRİ.

QAŞ ALMAĞIN İNCƏLİKLƏRİ.

QAŞ ALMAĞIN İNCƏLİKLƏRİ.


Qaş Almanın İncəlikləri


Qaşlarımız üzümüzün ifadəsini və baxışlarımızın dərinliyini doğruldan əsas amillerdir. İdeal qaş şəklini tapmaq, qaşları asanca almağa və gücləndirməyə dair məsləhətlər…

1.
Qaşlarınızı almağa başlamadan əvvəl ağrını azaltmaq və qızartının qarşısını almaq üçün qaşlarınızın üzərində buz gəzdirin. Bu əməliyyat xüsusilə həssas cildlər üçün çox faydalıdır.

2.
İdeal qaş şəklinizi tapmaq üçün bir qələm ya da xətkeşdən kömək ala bilərsiniz.
Xətkeşi ağız kənarınızın üzərinə qoyun və şaquli olaraq burun qanadınıza doğru uzadın. Xətkeşin qaşınıza dəydiyi nöqtə qaşlarınızın başlaması lazım olan yerdir.


3.
Xətkeşi burun qanadınızdan üfüqi olaraq göz kənarına doğru uzadın.
Xətkeşin dəydiyi yer qaşınısın bitməsi lazım olan nöqtədir.

4.
Qaşınığın başlanğıc nöqtəsi, bitmə nöqtəsindən daha uzun olmalıdır.


QAŞ ALMAĞIN İNCƏLİKLƏRİ.


5.
Qaşınızda çəkəcəyiniz ən yüksək qövs təxminən olaraq göz bəbəyinizin kənarıyla mütənasib olmalıdır.

6.
İki göz arasındakı məsafə və iki qaş arasındakı məsafə bir-birində bərabər olmalıdır. Əks halda üzünüzdəki ifadə dəyişə bilər.

7.
Qaşlarınızı alarkən ucu qıvrıq bir maqqaş istifadə etməyə diqqət edin. Beləcə qaşları tutmaq daha asan olacaq. Almaq istədiyiniz qaşları maqqaşla tutub tək-tək çıxış istiqamətinə doğru çəkin.

8.
Qaşlarınızı aldıqdan sonra şəklini diqqətə çarpanlaşdırmaq istəsəniz göz qələmiylə qaş makiyajı edə bilərsiniz. Burada diqqət yetirməyiniz lazım olan nöqtə; təbii görünüşü təmin etmək üçün qısa kəsiklər halında qaşlarınızı rəngləməkdədir. Açıq rəng qaşlar üçün boz və qəhvə; qara rəng qaşlar üçün qara rəng göz qələmi uyğundur.

9.
Qaşlarınız tökülürsə və gücləndirmək istəyirsinizsə bir parça pambığın üzərinə badam yağı tökün və qaşlarınıza sürtün. Qaşlarınız yenidən çıxana qədər hər gün bu əməliyyatı təkrar edin.
22 iyul 2010
GO BACK