Qadin.NET / QADIN HƏR ZAMAN GÖZƏLDİR...

QADIN HƏR ZAMAN GÖZƏLDİR...

QADIN HƏR ZAMAN GÖZƏLDİR...


Üzdəki sızanaqlar insanı həmişə narahat edir və ən lazımsız vaxtda peyda olur. Üzdə sızanaqlar müxtəlif səbəblərdən yarana bilər, məsələn çoxlu şirniyyat, şokolad yemək, daxili problemlər və s. Bunun nə qədər xəşagəlməz olduğu hamımıza məlumdur. Ancaq bununla mübarizə aparmaq mümkünsüz deyil. Bu problemdən köklü şəkildə canınızı qurtarmaq istəyirsinizsə, onda məsləhət budur həkimə yaxud kosmetoloqa müraciət edəsiniz. Amma üzünüzdə sızanaqlar nadir hallarda yaranırsa, onda onunla mübarizə aparmaq ev şəraitində də mümkündür. Ən əsası bir neçə məsləhətlərə qulaq asmaqla və məsləhət gördüyümüz reseptdən istifadə etsəniz istədiyiniz nəticəyə gələ bilərsiniz. Əvvəlcə ondan başlayaq ki, əlinizi üzünüzə çalışın mümkün qədər az vurun, üzünüzdə yaranan sızanaqlara toxunmayın verəcəyim resept onu hətta 2-3 istifadəyə yoxa çıxarır. Onu hazırlamaq çox asandır, bunun üçün bizə aşağıdakılar lazımdır:

rezorsin spirti 40 ml – 3 ədəd
streptosid - 5 ədəd
levomisitin - 5 ədəd

Göstərilən dərmanlar bütün apteklərdə həkim məsləhəti olmadan satılır. Heç bir ziyanlı təsiri yoxdur dəriniz üçün. Streptosid ve Levomisitinin hərəsindən 5 ədəd götürüb qabda yaxşıca əzib toz halına gətiririk, üzərinə rezorsin spirti tökürük. Qeyd etdiyimiz kimi 40 ml-lik şüşədən 3 ədəd olmaqla umumilikdə 120-150 ml-ə qədər ola bilər. Hamısını birlikdə qarışdırıb bir müddət saxlamaq lazımdır. Çalışın ki qarışığı ağzı kip qabda saxlayasınız spirt uçub gedə bilər. Bir müddətdən sonra ondan istifadə edə bilərsiniz. Xatırladim ki, həmin qarışığı ancaq sızanağın üstünə vurmalısınız. Məsləhət görülür ki, axşam yatmamışdan qabaq pambıqla üzünüzə çəkəsiniz. Artıq səhər onun effektini öz üznüzdə görəcəksiniz. Bu sınanmış bir reseptdir və hər zaman istifadə edə bilərsiniz. Gözəl və qüsursuz olmaq öz əlimizdədir çalışaq gözəl görsənək Əziz Xanımlar…


Saçlarımız çox gec uzanır və cansızlaşır. Cansız saçlarımızı canlandırmaq üçün aşağıdakı maskanı təqdim edirəm:

2 ədəd yumurta sarısına 2 xörək qarışığı gənəgərçək yağı, 1 çay qaşığı xardal tozu, 1 xörək qaşığı limon şirəsi və ya sirkə töküb qarışdırırıq. Alınmış qarışığı saçın dibinə çəkib 40 dəqiqə gözləyirik. Sonra saçları yumşaldan şampun və ya 1 litr suya 2 xörək qaşığı çobanyastığı ilə yaxalayırıq. Nəticə: gözəl saçlarınızla fəxr edin.


Yağlı saçlar hər bir qadının baş bəlasıdır.
Bununla mübarizə aparmaq, salonlara gedib məsləhətlər almaq xeyli vaxtımızı alır. Hər bir Qadın özünə qulluq etməyi bacarmalıdır.
Yağlı saçlar üçün ən yaxşı maska gənəgərçək yağı ilə soğan suyunun qarışığıdır. Gənəgərçək yağı apteklərdə satılır. Hərəsindən 2 qaşıq olmaq şərtilə gənəgrçək yağı və soğan yaxşıca qarışdırılır. Başınızı yumamışdan yarım saat qabaq saçların dibinə həmin qarışığı çəkib, başınız polietilen papaq və ya dəsmalla örtüb,yarım saat gözləyin, yarım saatdan sonra saçları adi qaydada yuyun. Bu çox faydalı maskadır, yeganə mənfi cəhəti soğan iyinin olmasıdır. Bunu da ətir vasitəsilə ardan qaldıra bilərsiniz

Nazik saçlar xüsusi qulluq tələb edir.
Onlara çox həssas yanaşmalısınız.

Bu maska bal, konyak və zeytun yağından ibarətdir. Hamısından eyni ölçüdə götürüb qarışdırıraq saçlarınıza çəkin. Saçlarınızı polietilen papaq və ya dəsmalla örtün. 1,5-2 saat gözlədikdən sonra limon suyu əlavə edilmiş ilıq su ilə saçlarınızı yumalısınız.

Qeyd: Bu maska 10 gündə 1 dəfə olmaq şərtilə istifadə edilə bilər.

Eləcə də baxa bilərsiniz:

Çivzələr (sızanaqlar)

Saçlara qulluq üsulları

YAĞLI SAÇLAR ÜÇÜN MASKALAR

Saçların uzanması üçün MASKALAR
28 iyun 2010
GO BACK