Qadınların çoxu kirpiklərinin sıx və uzun olmasını,cazibədar görünməsini arzulayırlar.İndiki dövrümüzdə bütün arzuları gerçəkləşdirmək çətin də olsa mümkündür.Aşağıdakı yazıda Sizlərə gözəl kirpiklərə sahib olmanın 5 sirri açıqlanacaq.
Statistikaya görə:Yuxarı göz qapağında orta hesabla uzunluğu 8-12 mm olmaqla 90- 160 kirpik olur,aşağı göz qapağında isə uzunluğu 6-8 mm olmaqla 75-80 kirpik olur.
1. Kirpiklərə qulluq
Gündəlik təmizlənmə:
Hər gün yatmadan əvvəl kirpiklərin makyajdan təmizlənməsi şərtdir.Kirpiklər həm tuşdan ,həm də göz kölgələrindən təmizlənməlidir.Təmizlik üçün xüsusi losyon və ya südlərdən istifadə edin.Makyaj təmizlənməsindən sonra çobanyastığı suyu ilə üzünüzü yuyun, kirpikləri isə qara çay dəmində isladılmış pambıqla silin.Bu prosedur kirpiklərin möhkəmlənməsinə kömək edir.
Kirpiklərin ipək kimi görünməsi üçün hər səhər və axşam xüsusi fırça ilə darayın.Bunun üçün təmiz tuş fırçasını da istifadə edə bilərsiniz.İstifadədən əvvəl fırçanı azca gənəgərçək,ya da zeytun yağına batırın,sonra kirpikləri darayın.
Kirpiklər üçün ən effektli kompres peyğəmbərçiçəyindən (vasilyok) hazırlanan cövhərdir.Həftədə bir dəfə bu cövhərlə tapmonu isladıb kirpikləri kompres etmək yaxşı nəticə verir.
2.Yapışdırma süni kirpiklər:
Belə kirpiklər bir neçə növdə olur.
--- Ayrı-ayrı kirpiklər
--- Dəstə kirpiklər
--- Bütöv lent şəkilli kirpiklər
Onlar göz qapaqlarına xüsusi yapışqanla yapışdırılır.
3.Əkilmiş kirpiklər:
Gözəllik salonlarında kirpiklərin əkilməsi prosedurları xidməti göstərilir.Belə kirpiklər profesionallar tərəfindən xüsusi yapışqan qarışıqları və süni kirpiklərdən istifadə etməklə həyata keçirilir. Bu prosedurda hət bit kirpiyin üzərinə ayrı-ayrı süni kirpik əkilir.Bu kirpikləri hər gün çıxarmağa gərək yoxdur.1 ay gözdə qala bilirlər.Və görünüş etibarilə də əsl kirpiklər kimi təbii görünürlər.
Gözləri tez-tez yaşaran,allergiyası olan xanımlar bu prosedura ehtiyatla yanaşmalıdırlar.
4.Gözlərin makiyajı:
Makiyaj üçün kosmetikanın düzgün seçilməsi həm sağlamlıq üçün,həm də gözlər üçün əhəmiyyətlidir.Kirpiklər üçün tuşun seçilməsinə xüsusi diqqət lazımdır.Əgər gözləriniz adi tuşlara qarşı allergiya verirsə,onda həssas gözlər üçün olan tuşlardan alın,onların qatqısı olmur.
5.Permanent (davamlı) makiyaj:
Xüsusi aparat vasitəsilə göz dərisi altına hipoallergen piqment vurulur.Bu prosedurla gözlər daha çox cazibəli və kirpiklər də daha sıx və uzun görünürlər.