Qadin.NET / Gözəllik salonundan yeni çıxmış kimi görünmək istəyirsiniz?

Gözəllik salonundan yeni çıxmış kimi görünmək istəyirsiniz?

⦁ Düzgün şampun və saç kremi seçin

Saçınız üçün ən doğru şampun və saç kremini tapmalısınız. Şampun saçın formasında böyük rol oynayır. Bəziləri sönük görüməsinə, bəziləri elektriklənməsinə səbəb olur. Həddindən artıq saç kremi istifadə etmək saçınıza istədiyiniz kimi forma verməyə mane olacaq.

⦁ Duşdan sonra saçlarınızı dəsmalla sarımayın, bu saç köklərinizin geriyə doğru qurumasına səbəb olur

Duşdan çıxdıqdan sonra saçları tez dəsmalla sarıyırlar, ancaq bu saçlara böyük zərər vurur. Bu formada quruyan saçları düzəltmək çətin olur.

⦁ Əgər duz və ya dalğalı saçlarınız varsa elektriklənmənin qarşısını almaq üçün feni yuxarıdan tutaraq qurudun

Başın təpəsindən aşağı doğru tutulan fen həm saçın düz formasını qorumağa kömək edər, həm də saçdakı elektriklənməni azaltmağa kömək edər. Bu üsulla saçlarınız həddindən artıq düz görünəcək.

⦁ Əgər təbii dalğalı saçlar istəyirsinizsə, bigudi istifadə edin

Bigudilər getdikcə məşhurluğunu itirir. Amma saçlarınızı yandırmadan təbii dalğalar əldə etmək istəyirsinizsə, bigudilər həmişə köməyə gələr. Təbii görüntü əldə etmək üçün qalın olanlara üstünlük verin və saç diblərinə qədər sarımayın.

17 avqust 2020
GO BACK