1. Hindistan qozu yağı
Hindistan qozu yağı son illərdə kosmetik məhsullarının hazırlanmasında tez-tez istifadə olunur. Bu yağ qoltuqaltı qaraltılarını aradan qaldırmaq üçün istifadə edilir. Qoltuqaltına çəkərək tətbiq edə bilərsiniz.
2. Limon
Limon dərini ağardır. Limonun suyunun qoltuqaltınıza çəkib yarım saat gözləyin. Digər bir üsulla limonu şəkərlə qarışdırıb pilinq hazırlayın. Ovalayıb dəriyə çəkdikdən sonra 15 dəqiqə gözlədikdən sonra durulaya bilərsiniz.
3. Aloe vera
Antibakterial təsiri ilə dərini təmizləyir. Yarpağı kəsdikdən sonra geli axacaq. Bu geli qoltuqaltlarınıza çəkərək masaj edin. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun.
4. Noxud unu
İki yemək qaşığı noxud ununun tərkibinə bir yemək qaşığı qatıq ilə bir yemək qaşığı limon suyu və bir miqdar zərdəçal əlavə edin. Bütün ərzaqları qarışdırın. Qoltuqaltına ovalayaraq çəkin. Yarım saat gözlədikdən sonra soyuq su ilə durulayın.