Kiçik, dar və möhkəm ombalar…Ah,niyə mənimki belə deyil?Gözəl bir formaya sahib olmağı kim istəməz ki?Qadınların ən çox diqqət göstərdiyi yerlərdən biri olan omba onların başına bəladır.Bəlkə də saatlarla güzgü qarşısında durub gözəl fiqura arzulayan xanımlarımız az deyil. Çünki qadının ən böyük silahlarından biri də ombadır.
Bir çox qadının fiqurası doğuşdan sonra,eləcə də kökələndə,yaş artdıqca korlanır,bu hissə sallanan kimi şəkil alır,yanlar isə enlənir.
Əslinə qalsa,ombalar şalvarda məhz bu şəkildəki kimi görsənməlidir.
Ancaq ombanı naziltmək bir o qədər də asan deyil. İş yalnız incəltməyə qalsa idi,dərdimiz yarı idi.Amma bir də bu kabus kimi sellülitlər var ee... Bir qadın olaraq, ən çox arxamızda sürüdüyümüz ombalarımızdan əziyyət çəkirik desək, yanılmarıq. Üstəlik, yeni texnologiyalar, davamlı avtomobildə oturma, televiziya və komputer istifadəsi də, bu mövzudakı problemlərimizi həll etməmizə çox köməkçi olmur.Yadınızda saxlayın,qadın nə qədər bir yerdə çox otursa,ombaları bir o qədər böyük olar. Amma narahat olmayın,dünyada bir ölümə çarə yoxdur.Gözəl bir omba üçün məşq və pəhrizlə yanaşı bəzi daha asan üsullar var.Qadınlığın simvolu olan ombalar üçün etməniz lazım olan tək şey bir az zaman ayırmaq və səy göstərməkdir.
Sellülit bantı
Sellülit bantı yeni və son dərəcə iddialı bir məhsuldur. İstehsalçıları, 15 bantın,haradasa 4 sm qədər sellüliti azaltmağa yetdiyini söyləyirlər.Bu eynilə nikotin bantı kimi vəzifə görür. Çünki tərkibində olan maddələr, dəri ilə davamlı təmas halında olur. Bantda olan ana maddələrdən biri bol miqdarda yod buraxır.Yod, qan dövranını sürətləndirərək, qan axınını artırır və beləcə toksinlər bədəndən atılır. Bantda olan bir başqa maddə də qırmızı su yosunudur ki,bu da rodisterol adlı aktiv bir elementlə zəngindir. Bu maddə, bədənin yağı enerjiyə çevirmə əməliyyatını sürətləndirir. Ən yaxşı nəticə üçün, gündə iki bant tətbiqiniz təklif edilir.
Zəifləmə maşını
Yeni növ passiv gimnastika alətidir.Bu alətlə işlədiyinizdə 400 omba məşqi etmiş qədər olursunuz. Alət, enfraruj istiliyi yaradaraq, əzələlərin gərilməsini təmin edir, beləcə də ombanı müəyyən bir formaya salır. Əslində alətin etdiyi tək şey ombanızdakı əzələləri sizin üçün möhkəmcə tutmaqdır. Bu da, bədəninizə bağlanan elektrodların köməyi ilə edilir. Bu elektrodlar, çox kiçik titrəşmələr yaradaraq, əzələləri işlədir.Siz idman salonunda istifadə edə biləcəyinizdən daha çox əzələ masajı istifadə edirsiniz. Səbəb belədir:sizin bədəninizin ancaq bəzi hissələri işləyir.Ayrıca, əzələlərin gərilməsi onları qısaldır, bu da ombanı möhkəmləndirir. Maşının enfraruj istiliyi, bədən temperaturunu 3 dərəcəyə qədər artırır, bu da maddələr mübadiləsinin yüzdə 35-nin sürətlənməsinə səbəb olur. Hər seans təxminən 40 dəqiqə davam edir və ağrı hiss edilmir. Əzələlərin sıxılması, yağ hüceyrələrini bölür. Bu da 10 seansda 7,5 ilə 10 sm incələ biləcəyinizi göstərir.
Bio-Dermoloji
Vakuum masajı ilə sellüliti azaldan bir başqa üsul da bio-dermolojidir.Bu üsulla tək seansda belə sellülitlərinizdə fərqi görə bilirsiniz. Üstəlik ombanı da qaldırdığı deyilir. Bio-dermoloji, bir vakuum mexanizmi sayəsində tətbiq olunan sıxışdırma texnikasıdır. Beləcə yağ yığınağı, mayeləşəcək şəkildə əriyir və ya qan tərəfindən əmilir, ya da limfatik sistemə keçərək, böyrəklər tərəfindən atılır. Daha sonra bio-dermoloji maşınına bağlı, əllə istifadə edilən bir alət, omba üzərində gəzdirilir. Bu əməliyyat, limfatik sistemi mayedən təmizləyir və sellülit üzərində işləyir. Beləcə qan dövranı artır,təzə qanla vitamin və minerallar ombaya hücum edir ki, bu da onun daha gözəl görünməsini təmin edir. Bio-dermolojini istifadə edənlər, tək bir seansın belə gözlə görünəcək qədər bir fərq yaratdığını deyirlər.
Ombanı sürtmək
Bu ən köhnə üsullardan biridir. Dərinizi sürtmək, dəridəki damarların qanla dolmasını və toksinlərin çölə atılmasını təmin edir. Bu da, sellüliti azaldır. Əvvəl ayaqlardan başlayıb, uzun və düz bir hərəkətlə sürtün. Daha sonra yuxarı, ürəyə doğru, dairəvi hərəkətlərlə çıxın. Bunu edərkən, bədəninizi önə doğru əyin, bu da qanınızdakı oksigeni artırar. Bu üsulu, isti və soyuq suyla tətbiq edə bilərsiniz. Məsələn, əvvəl isti suyu açın. İsti su, qanın dəri səthinə hücum etməsinə və damarların genişlənməsinə səbəb olur. Bu da qan dövranını sürətləndirir. İndi də soyuq suyu açın.Soyuq su isə damarların daralmasını, məsamələrinizi bağlanmasını və dolayısı ilə də möhkəmlənməyi təmin edir.Bu da maddələr mübadiləsini sürətləndirir.
Bunları eləməyə imkanı olmayan xanımlar evdə də öz üzərilərində işləyə bilərlər.
Məşq edin: Daş kimi ombalar üçün həftədə 3 dəfə 15 dəqiqənizi ayıraraq, bir ay içində istədiyiniz formaya qovuşa bilərsiniz.Möhkəm və formalı ombalara sahib olmaq üçün bu bölgədəki əzələlərinizi işlətməniz şərtdir. Bunun üçün ən ideal hərəkətləri sizə təqdim edirik:
1- yerə kürək üstü uzanaraq ombanızı 10 dəfə qaldırıb endirin. Daha sonra ayaqlarınızı yuxarıda 10 saniyə müddətinə qaldırın. Bu hərəkəti 4 dəfə təkrarlayın. Bundan əlavə,üzmək, yürümək,xüsusilə də velosipedə minmək ombalar üçün təklif edilən məşqlər arasında iştirak edir.
2-Sol ayağınızın dabanını yerə basacaq şəkildə kürək üstü yatıb, həmin sol ayağınızı dizinizdən qatlayın. Əllərinizi sağ dizinizin arxasında birləşdirərək sol qıçınızı sinənizə doğru çəkin.
3-Ombanızı sıxaraq onu yerdən bir neçə santimetr yuxarı qaldırın. Bunu edərkən, sağ qıçınız sinənizə doğru olsun.Üçə qədər sayaraq dayanmağa çalışın və ombanızı təkrar yerə buraxın.
Eyni hərəkəti 10 dəfə təkrarladıqdan sonra ayağınızı sağ və sol olmaqla dəyişdirin.
4-Qıçlarınızı, ayaq uclarınız irəli doğru baxacaq şəkildə omba genişliyində açın. Qollarınızı havada dayanacaq şəkildə önə doğru gətirin. Bunu edərkən, sanki bir kürsüyə oturacaqmışsınız kimi yavaşca dizlərinizi qatlayın. Dizləriniz, ayaq barmaqlarınızla eyni xəttdə olmalı, daha irəliyə keçməməlidir.İkiyə qədər sayıb eyni mövqedə qalın. Hərəkəti 12 dəfə təkrar etməyiniz lazımdır.
5-Qıçlarınızı omba genişliyində açıb ayaqüstə durun. Əlləriniz ombalarınızda, sağ qıçınızla geriyə doğru bir addım atın. Bunu edərkən, sağ topuğunuz havada olsun.
6-Ağırlığınızı sol qıçınıza verərək çöməlin. Amma diziniz dik və ayaq barmaqlarınızı keçməyəcək vəziyyətdə dayansın. Üçə qədər sayıb qalxın. Eyni hərəkəti 8-12 dəfə təkrarladıqdan sonra ayağınızı dəyişdirin.
Xüsusi qeyd: suyun faydaları saymaqla bitmir. Dəri üzərində müsbət təsirləri olan suya əsla laqeyd yanaşmayın. Gündə 13 stəkan su içməyi vərdiş halına gətirin.
XƏBƏR LENTİ
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR - VİDEO
İndoneziyada "ASAN xidmət"in oxşarı açılacaq
Ramiz Mehdiyevdən nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
Gigiyena xətaları
Limonlu suyun faydaları
Xəzərdə zəlzələ oldu
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək
Qaxda qış turizmi
Mehriban Əliyeva qayğanaq bişirdi - Foto
Almanlara qalib gəldik
Sıla ETİRAF ETDİ
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Fatih Terimin tapıntısı "Qalatasaray"dan ayrılır
Dünyanın ən nəzakətli oğrusu - VİDEO
Seren Serengilin əsil yaşı sübut olundu-FOTO
Hacıqabuldakı partlayışla bağlı SOCAR-dan AÇIQLAMA
Qarabağ Universiteti yaradılacaq
Donmayan balıqlar
Skarlett Yohanson 400 minlik nişan üzüyünü göstərdi-FOTO
Bu il İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlandı
Ət soyutması (foto resept)
Rusiya ilə Azərbaycanın fərqi
Obama ilahi oxudu
Kəs və yapışdır-33
Məşhur aktrisa ana olacaq-FOTO
Sürüşmə zonasında yol tikintisi başa çatır
Vunderkind uşaqlar
Virtual tanışlıq # Real tanışlıq
Ömür yolu
Enerjinizin azalmağına səbəb olan 5 qida!
Limonlu peçenyelər (foto resept)
Gəl, açıq danışaq
Margot Robbie: təbii və qüsursuz
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Aybaşı gününü hesablama
Panteizm
İlham Zəkiyev 6-cı dəfə Avropa çempionu oldu
Burak Özçivitin serialının ilk VİDEOsurekord qırdı
Uşaqlar üçün yataq örtüyü dəstləri
Dadlı poğaça (foto-resept)
Bu gün Bengünün toyudur-Toplam xərc 1 milyon
Qısa zamanda varlanmaq üçün ƏN İDEAL ÖLKƏLƏR
Ronaldunun sevgilisinin ev halı diqqət çəkdi-FOTO
Su fitnessi
Toya hazırsınızmı?
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Laçının işğalından 28 il ötür
Abituriyentlərə xəbərdarlıq
BÜRCLƏR bizə nə vəd edir? - 20 mart
- ŞƏRHLƏR