Gözəl sinə və çiyinlərin ən yaxşı köməkçisi yumşaq süngər, kisə, ya da heç olmasa yumşaq parça,ilıq su və sabundur. Normal dərini sabunla yuyurlar. Quru dərini yumamışdan bir neçə dəqiqə əvvəl zeytun yağı, ya da hər hansı yağlı təmizləyici vasitə çəkirlər.3-5 dəqiqədən sonra yağlı sabunla yuyunur, sirkə,ya da limon şirəsi (2 litr suya 1 xörək qaşığı)qatılmış su ilə yaxalanırlar.
Sinəsində və kürəyində seboreya və sızanaqlar əmələ gələn xanımlar tərkibində dizinfeksiya edici vasitələr olan sabunla yuyunduqdan sonra bədənlərini duzlu(1 litr suya 1 xörək qaşığı) su ilə yaxalamalıdılar. Sızanaqlar və səpgilər olduqda süngər ilə yuyunmaq tövsiyə olunmur.Belə hallarda bədəni sabunla yuduqdan sonra çay sodası (1 litr suya 1 ç q soda)qatılmış su ilə yaxalanır və göz olan yerlərə salisil spirti, ya Lassar pastası, ya da civzəyə qarşı quruducu krem çəkirlər. Belə adamlara zəif marqanslı vanna qəbul eləmək də yaxşı kömək edir.
Bəzilərinin əllərində və çiyinlərində dəri xırda səpkili olur,buna "qaz dərisi" də deyirlər.Ondan yaxa qurtarmaq üçün həmin yerləri müntəzəm olaraq yuyunduqdan sonra narın duzla sürtmək lazımdır.Bunu belə edirlər.Yumşaq kisənin üstünə azca duz tökür,onu isladıb həmin yeri qızarana qədər sürtürlər.Sonra su ilə yaxalayıb dəsmalla qurulayır, dəriyə bir qədər yağlı A və D2 vitamini əlavə edilmiş krem,ya da zeytun yağı çəkirlər.
Boyunun,çiyinlərin öz formasını saxlamasına, başın düzgün tutulması və müvafiq idman hərəkətləri təsir göstərir.
Bəzi arıq qadınlarda çox vaxt kürək tərəfdən boyuna piy yığılması müşahidə olunur.Bunun qarşısını gündəlik yuyunmadan sonra yerinə yetirilən özünəmassaj ala bilər. Boyuna bir az yağlı krem,ya da zeytun yağı çəkir və hər iki əlin barmaqları ilə boyun əzələləri ovuşdurulur.Bu vaxt əlləri boyundan çiyinlərə doğru hərəkət etdirmək lazımdır.Massajdan sonra boyun və çiyinlər sirkəli(1 l suya 1 xq) soyuq suda isladılmış dəsmalla silirlər.Əgər bu nahiyyəyə piy çox yığılmışsa, aşağıdakı hərəkətləri eləmək yaxşı kömək edərdi.
1-ci hərəkət.Stulda oturun,oxlovu iki əlinizlə alıb 2-3 dəq ərzində boynunuzu oxlovla sürtün.
2-ci hərəkət.Düz oturun,gövdənizin vəziyyətini dəyişmədən başınızı mümkün qədər dala əyin,ilk vəziyyətə qayıdın. Hərəkəti 8 dəfə təkrar edin.
Çiyinlərin gözəl vəziyyətini saxlamaq üçün,əsasən oturaqlı vəziyyətdə işləyən qadınlara aşağıdakı hərəkətləri etməyi məsləhət görərdim.
1-ci hərəkət.Düz durun,ayaqları birləşdirin,əlləri aşağı sallayın.Əlləri çiyinlər bərabərinə qaldırın və cəld hərəkətlə onları geri aparın,bu hərəkəti 3 dəfə təkrar edin.
2-ci hərəkət.Düz durun,ayaqları çiyin bərabərində qoyun.Əlləri yuxarı qaldırmaqla bədəni dala əyin.Bunu 3 dəfə təkrar edin və hər dəfə daha aşğı əyilin.
3-cü hərəkət. Bu hərəkət ən çox beli əyilmiş qadınlara məsləhət görülür.Düz durun,ayaqları birləşdirin.Sol əli aşağıdan,sağ əli yuxarıdan dala verin və kürək nahiyyəsində barmaqları birləşdirməyə çalışın.Bu vəziyyətdə çiyinləri dala verin və barmaqları bir-birindən aralamadan dərin nəfəs almağa çalışın. Nəfəsi saxlayın. Nəfəs verin. Nəfəs verərkən əzələləri boşaldın,barmaqları aralayın və əlləri ilk vəziyyətə qaytarın.
Hələlik , növbəti məsləhətlərə qədər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şeir öyrənək-2
Adi kağızdan hazırlanmış kəpənəklər
Ölən zəvvarların adları bilindi
Avtomobil alanda diqqətli olun!
12 il səhnəyə qadın qiyafəsində çıxdı
General Polad Həşimovun yerinə o TƏYİN EDİLDİ
Fəhlələr mamont dişi tapdılar
Sultan şirniyyat (foto resept)
Uşaq otağı dekorasiyası üçün maraqlı nümunələr
"Gələn il bizi..."
2012-ci ilin yay ayaqqabıları
Gil maskasının faydaları
Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, üç dövlət qurumu LƏДћV EDİLDİ
İş görərkən niyə fikrimiz yayınır?
Körpənizi geyindirərkən bunlara diqqət edin!
Bir gündə üç kitab təqdim ediləcək
Mensturasiyanız gecikirsə, bu bitkilərdən istifadə edin!
Niyə stress infarkta səbəb olur?
Hava haqqında
Ətli-pendirli piroq (foto resept)
Kivili, bananlı dondurma (foto resept)
İnsanın ehtiyacı olan bütün elementləri saxlayan qida
Uşaqlara xoş mesajlar verən filmlər
Əcnəbilərə müjdə
Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Ənginarın faydaları
Armudlu kekslər (foto resept)
Tam rəsmi: Elektron siqaretlər ziyanlıdır
Qışda bəbir naxışlı geyimləri geyməyin üsulları
Günün ulduz falı
Gözəlliyinizi qorumağın bir neçə yolu
Qarışıq geyimlər
Bakıda köhnə mənzillər ucuzlaşıb
Bülent Ersoy Demet Akalın haqqında bunları dedi-FOTO
Bülənd Ərsoy sərvətini kimə bağışlayacaq
Sibel Can izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Anar Eyvazov: “Sübut edilib ki, ordumuz muzdlu əcnəbilərlə mübarizə aparır”
Ebrunun saatı qiymətinə görə diqqət çəkdi-FOTO
Kişi aqressiv iti dişlədi - FOTO
Gül hörüyü (fotolarla hazırlanması)
Ceki Çan aktyorlara çağırış edib
"O, Alim Qasımov qarşısında baş əydi"
İnternetin qiymətində güzəşt olacaq? - VİDEO
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Bürclərin bilinməyən xüsusiyyətləri
Badımcan bükməsi (foto resept)
Evliliyi bitirən 5 səbəb
Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ
Ecazkar xanımlar üçün ayaqqabılar
- ŞƏRHLƏR