Qadin.NET / Ev şəraitində dodaqlara qulluq

Ev şəraitində dodaqlara qulluq

Ev şəraitində dodaqlara qulluq

Soyuq aylarda dodaqlar quruyur və çatlayır. Bunun qarşısını almaq üçün dodaqlara qulluq etmək lazımdır.

Ev şəraitində dodaqlara A və E vitaminləri əlavə edilmiş  krem çəkmək lazımdır. Bu vitaminlərin çatışmazlığı dərinin qurumasına və çatlamasına səbəb olur. Bundan başqa, həftədə üç dəfə 15-20 dəqiqə olmaqla dodaqlara aşağıdakı maskalarla qulluq etmək lazımdır.

         eyni miqdarda kəsmik və balı qarışdırıb, dodaqlara çəkmək lazımdır. Bu maskada dodaq dərisi üçün faydalı olan F vitamini var.

     1 çay qaşığı kəsmiyə 1 qaşıq kök şırəsi qatılır.

     1 çay qaşığı kəsmiyə yarım qaşıq qaymaq qatılır.

       1 çay qaşığı sürtgəcdən keşirilmiş almaya bir o qədər də kərə yağı qatılır və 10-15 dəqiqəliyə dodağa çəkilir.

      dodaq dərisinin iltihabı baş verdikdə, gecələr dodaqlara çobanyastığı dəmləməsində isladılmış kompres qoymaq lazımdır.

 Bu maskalardan əlavə, faydalı ərzaqlardan istifadə etməyi unutmayın. Çoxlu kök, çuğundur yeyin, salatlardan istifadə edin. Göyərtini və süd məhsullarını gözardı etməyin!

 

8 iyul 2011
GO BACK