See by Chloe Eau Fraiche
Yeni və zərif ətri yay günlərinə uyğundur. Çəhrayı toxunuşu zərif alma çiçəyi, yumşaq, romantik yasəmən və şirin su sümbülü ətri ruhunuzu və vücudunuzu gözəlliklərə bürüyəcək.
Viktor & Rolf BONBON
Karamel qoxusu, talyan naringisi, canlı portağal, möhtəşəm portağal çiçəkləri, şirin şaftalı qoxuları ilə birlikdə gözəl ətirdir. Şirin, cazibədar və ruhu rahatlaşdıran bir qoxusu var.
Bottega Veneta Essence Aromatique
Təzə, yüngül ədviyyatlı ətir italyan berqamutu, zərif ağ gül, şirin vanil, tonka ağacı, isti səndəl ağacı notlarıyla möhtəşəm bir qoxusu var. Vanil sevənlər üçün bahar və yaz aylarının vazkeçilməzi olacaq.
Elie Saab L'Eau Couture
Müasir və zərif bir ətir. Notları italyan berqamutu, ağ maqnoliya, Tunis portağal çiçəkləri, təptəzə yaşıl badam və isti vanildən əmələ gəlir. Yumşaq ağ çiçəklərin zərifliyi baharın romantikliyi ilə görüşür.
Christian Dior Miss Dior Blooming Bouquet
İpək toxunuş ətirlərdə Siciliya naringisi, gül, pion, ağ musk ilə yumşaq bir uyğunlaşma içindədir. Miss Dior Blooming Bouquet xoş və canlı çəhrayı Paris baharını ruhumuza daşıyır.
Yves Rocher Cerisier en Fleurs
Sakura ağaclarının kölgəsi altında albalı çiçəklərinin qoxusunu içinə çəkə biləcəyiniz bir rayihə. Ətirdə enerjili naringi, yumşaq albalı çiçəyi, təzə yaşıl badam var. Baharda sakura ağacları altında uzanıb səmanı seyr etmə hissini verən möcüzəvi bir ətir.
Yves Saint Laurent Manifesto L'Eclat
Yeni ətirdir. Rahatlaşdırıcı yaşıl çay, enerjili berqamut, nəfis portağal çiçəyi, yasəmən, qarağat, ağ gül, isti vanil, tonka ağacı, ədviyyatlı səndəl ağacı və ruhu rahatlaşdıran kaşmir rayihələri möhtəşəm bir harmoniya ilə birləşmişdir. Yay günlərinin vazkeçilməz qoxusu olacaq Manifesto L'Eclat yaz günlərini də şənləndirəcək.
Versace Pour Femme Oud Oriental
Oriental ətirləri sevən və güclü bir şəxsiyyətə sahib qadınlar üçün hazırlanmış bir ətirdir. Sıx və möhtəşəm olan bu birləşmə çiçək və ədviyyatın güclü rayihəsinə sahibdir.
Guerlain Idylle Duet Rose Patchouli
Ətri yumşaq yasəmən, zərif yasəmən, pion, çəhrayı freziya, inci çiçəyi, İndoneziya patçulisi və bolqar gülü ilə baş döndürür. Cazibədar qoxusuyla Idylle Duet Rose Patchouli bahar üçün seçilib. Patçuli, gül və ağ çiçəklərin vəhdəti unudulmaz bir ətir ortaya çıxarır.