Nəhayət yaz gəldi. Bu mövsümdə tünq qoxulu ətirlərdən istifadə etmək məsləhət deyil. Yazın özü kimi yüngül və təravətli ətirlərdən istifadə etmək məsləhətdir. Ətir istehsalçıları bunun üçün bizə bir neçə ətir nümunələri məsləhət görürlər. Gəlin onların məsləhətlərindən faydalanaq.
Bahar kimi enerji verən, insanı xoşbəxt edən ətirlər:
Marc Jacobs Daisy: İlk əvvəl şüşə dizaynı diqqəti cəlb edir. Üstündəki çiçəklər ətirin bahar qoxulu olmasından xəbər verir sanki.
Davidoff Sea Rose: Yaz aylarının imtina edilməz qoxusu olan Davidoff Cool Water. İndi baharın vazkeçileməz qoxusuna döndü..
Clarins Eau Des Jardins: "Bahar bağçalarını, bahar çiçəklərini alıb bir şüşəyə qoy"-desələr, mən bu ətri seçərəm.
Calvin Klein Sheer Beauty Essence: Uşaqlığında yasəmən ağaclarının olduğu bir evdə böyüyənlər bu ətrin qoxusu ilə xatirələrini canlandıracaqlar. Zərif bir qoxusu olan ətirdir.
Igari Mon Jasmin Noir: Qışda olsa da baharı hiss etmək istəyirsinizsə, seçim etməli olduğuinuz qoxu jasmindir. Qadın qoxularının ən gözəli, ən vazkeçilməsi desək, yanılmarıq. Bulgari Mon Jasmin Noir isə jasminin bütün gözəlliyini təqdim edir.
Moschino Funny: Bahar olsa da hərdən enerjisiz, əhval-ruhiyyəsiz olan günlərimiz olur. Sizi anında canlandıracaq rəngarəng bir bahar qoxusu istəyirsinizsə Moschino Funny doğru seçim olacaqdır.