Günəş baharın gəldiyini müjdələdi, indi növbə bizdədir... Bahar mövsümünü bu ilin ən gözəl bahar ətirlərini seçərək qarşılayaq. Bahar bütün sevinci və enerjisiylə çoxdan qapımızı döyub. O zaman biz də dərhal bahar havasına giririk və 2013-ün ən gözəl bahar ətirlərini seçirik...
Mont Blanc Legend Pour Femme
Mont Blanc Legend Pour Femme portağal çiçəyi, armud və narıncı meyvələr və rahatlıq verən notlarla açılır. Öncə inciçiçəyi və yasəmənin yumşaq çiçək təsiri çoxalır. Daha sonra isə müşk və vanilin ovsunlayıcı kombinasiyası meydana çıxır.
Roberto Cavalli Aqua
Bahardan ilham alaraq yaradılan ətirdir. Öncə yasəmənlə limon yüngül bir meh kimi əsir. Daha sonra müşk ətirin təbii cazibəsini və cəzbedici gücünü yaradır.
Tommy Hilfiger Flower Violet
Tommy Hilfiger Flower Violet ilk öpüşün qığılcımlarını təqdim edir. Bütün bənövşəyi çiçəklərin zəngin qoxularının ovsunlayıcı bir şəkildə birləşdiyi ətir sizdə müasir və qadına xas bir təsir yaşadar.
Jimmy Choo Flash
Jimmy Choo-nun ikinci ətiri olan Flash ağ çiçəklərdən yaradılmışdır. Öncə çəhrayı bibər və çiyələk, daha sonra yasəmən və ağ zanbağın qoxusunu özündə birləşdirir.
Lacoste Eau de Lacoste
Eau də Lacoste-ni iylədikdə ilk öncə o, yeni yuyulmuş ağ köynəyin qoxusunu xatırladır. Daha sonra ağ ananas, mandarin və bergamut qoxusu verən bu ətirin tərkibində portağal çiçəyi, yasəmən, sandal ağacı və vanil vardır.
YSL Manifesto
YSL-in yeni ətri olan Manifesto qarağat və bergamut notlarıyla açılır, zanbaq notlarıyla davam edir. Tonka paxlası, səndəl ağacı və vanillə sona çatır.
Victoria 's Secret Angel Gold
Ətirin tərkibində hind ənciri, pomelo bitkisi, qırmızı meyvələr, portağal və bergamut üstünlük təşkil edir. Yasəmən, lalə, çəhrayı nilufər kimi çiçəklərlə yanaşı, sandal ağacı, əmbər və və vanil də bu tərkibə daxildir. Bu ətirlə hər gününüzü səhnədəymiş kimi yaşaya bilərsiniz.