Təmiz və sağlam dəri hər bir qadının arzusudur. Sağlam dərinin ən başlıca xüsusiyyətindən biri onun parlaq olmağıdır. Lakin quru dərilərdə parlaqlıq yox dərəcəsində olur. Digər tərəfdən, tonal krem, kirşan istifadəsi dərini solğun və olduğundan da mat göstərə bilər. Bəs, jurnallarda gördüyümüz parlaq cildlər bu işıltını necə əldə edir? Bu haqda məlumat əldə etmək istəyirsinizsə, xəbəri sonacan oxuyun.
Müasir kosmetika trendləri solğun dərilərə parlaqlıq bəxş edəcək məhsulları artıq çoxdan istehsal etməyə başlayıblar. Bu məhsullar şimmer, highlighter və lüminayzerlər olmaqla 3 qrupa bölünürlər.
Şimmer- ingilis dilindən tərcümədə parıltı və bərq vurma mənasını daşıyır. Şimmerlər adətən gel, krem, kirşan şəklində istehsal olunur. Üzünüzə yüngül tonal krem və ya fluid sürtdükdən sonra alnın orta hissəsinə, çənə nahiyəsinə və almacıq sümüklərinizə şimmer çəksəniz dəriniz təbii parıltı əldə edəcək. Gündəlik makiyajda da istifadə edə bilərsiniz.
Şimmer tərkibli kirşan, ənlik və göz kölgələri satışda vardır.
Highlighter- əsasən üzdəki qüsurları gizlətmək üçündür.
Gözaltı tünd kölgələr, burun və ağız ətrafı xəttlər sizi narahat edirsə, bu kosmetik vasitələr tam sizə görədir. Dodaqları çox nazik olan xanımlar üst dodağın yuxarı, alt dodağın isə aşağı hissəsinə highlight sürtə bilərlər. Bu halda dodaqlarınız həcm qazanmış olacaq.
Highlightlar karandash və stik formasında olurlar.
Lüminayzer- parlaqlıq effektinə görə öncəkilərdən fərqlənir. Daha çox axşam mərasimlərinə istifadə edə bilərsiniz.
Lüminayzeri asanlıqla üz üçün kreminizlə, flüid və ya tonal vasitənizlə qarışdırıb üzünüzə çəkə bilərsiniz.
Qeyd etməliyəm ki, şimmer istifadə etdikdən sonra ənliyə ehtiyac duyulmur. Guerlain, Bobby Brown, Clinique, Bourjois , Mac, Shiseido, Benefit və s. kimi məşhur kosmetika brendləri dəriyə parlaqlıq bəxş edəcək məhsulları xanımların istifadəsinə təqdim edir. Sonda isə bu məhsulların dəriyə göstərdiyi effektlə sizi daha yaxından tanış etmək məqsədilə bu vasitələrdən makiyajlarında istifadə edən məşhurları təqdim edirəm.