Qadin.NET / Xiyar maskaları ilə gözəlləşin

Xiyar maskaları ilə gözəlləşin

Xiyarın tərkibində olan maddələr dəri üçün çox faydalıdır. Xiyar maskaları, kremləri, losyonları kosmetologiya çox geniş istifadə olunur.
Ev şəraitində xiyardan çox effektli maskaları hazırlaya bilərsiniz.

Təravətləndirici maska
1/2 xiyar sürtgəcin xırda gözündən keçirilir, 1/2 x.q. ağ gil, bir qədər su əlavə olunur, qarışdırılır. Maskanı üzə çəkin, 20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun və nəmləndirici krem çəkin.


Qidalandırıcı maska
1/2 xiyar sürtgəcədn keçirilir, 1 x.q. xama əlavə olunur, yaxşı qarıdırılır. Maskanı üz və boyun dərisinə çəkin, 15 dəqiqə saxlayın, ilıq suda isladılmış tamponla silin.


Ağardıcı maska
2 x.q. xiyar və 2 x.q. limon şirəsi qarışdırılır. Bu qarışıqda tənzif isladılır, üzə qoyulur və 15 dəqiqə saxlanılır. Sonra üzünüzü ilıq su ilə yuyun və nəmləndirici krem çəkin.

Cavanlaşdırıcı maska

1/2 xiyar, 1 ç.q. bal, 1 yumurtanın sarısı, 1 ç.q. ərik yağı, 3 kapsul aevit (apteklərdə satılır) qarışdırılır və üz və boyun dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin.

14 oktyabr 2020
GO BACK