Burun estetik əməliyyatından 2 həftə əvvəl etməli olduqlarınız:
* Aspirin və aspirin tərkibli dərmanlardan istafədə etməyi dayandırın.
* Qrip ya da başqa bir xəstəliklə bağlı problem yaşayırsanız, həkiminizə bununla bağlı məlumat verməlisiniz.
* Siqaret, sağalma müddətinə mənfi şəkildə təsir edir.
* Yaz aylarında əməliyyat olunanlar üzlərinin günəş şüalarından qorumalıdır.
* Alkoqol qəbulunu 2 həftə əvvəldən dayandırmalısınız.
Burun estetik əməliyyatından 1 gün əvvəl etməli olduqlarınız:
* Lak və dırnaq boyalarınızı çıxarmağa unutmayın.
* Yaxşı və rahat yuxu almağa çalışın.
* Gecə yarısından sonra yemək yeməyin, su belə içməyin.
* Əməliyyat sonrasında geyinməyiniz üçün qabaqdan düyməli və ya zamoklu geyimlər alın. Burnunuz həssas olacağı üçün kiçik zərbələr belə problem ola bilir.
Burun əməliyyatı olacağınız günlər nə etməlisiniz:
* Əməliyyatdan əvvəl heçnə yeyib içməyin
* Üzünüzü bakterial bir sabunla təmizləyin.
* Makiyaj etməyin, rəngsiz dodaqları daxil olmaq üzrə hər hansı bir pomadadan istifadə etməyin.
* Parik, qaynaq saç, saç sancaqları və aksessuarlarınızı çıxarın.
Əməliyyatdan əvvəl hansı qidalar qadağandır?
Əməliyyatdan bir neçə gün əvvəl duz miqdarını azaltmaq vacibdir. Əgər bilinçli yemək yeyirsinizsə, demək sağlamsınız. Amma yenə də deməkdə fayda var, potensial alergik qidaları azaltsanız yaxşı olar.