Qadin.NET / Qadınlar Kate Middleton burnundan düzəltdirir

Qadınlar Kate Middleton burnundan düzəltdirir

Qadınlar Kate Middleton burnundan düzəltdirir

İngiltərə hersoginyası Kate Middleton istər saçlarıyla, istər stili ilə və hətta gəlinliyi ilə belə  bir çox qadının təqlid etdiyi biridir. Amma onun yaratdığı trendlərdən biri inanılmaz dərəcədə təəccüblüdür.

Dünyanın ən sevilən simalarından biri Kate Middletonun ən çox qısqanılan və təqlid edilən xüsusiyyətlərindən biri burnudur. 

Qadınlar Kate Middleton burnundan düzəltdirir

Cərrahlar da söyləyir

Qadınlar son illərdə, xüsusilə ABŞ və İngiltərədəki cərrahlardan istədiyi şey burunlarının Kate Middleton kimi olmasıdır. Şahzadə Vilyamın gözəl xanımı Kate qiyafətləri, yaşıl gözləri, duruşuyla çox təqlid edilən bir qadındır. Katenin başlatdırdığı bu cərəyan haqqında İngiltərənin məşhur plastik cərrahı Maurizio Persico bu halın normal olduğunu onun üzüylə tənasüb, şirin və mükəmməl bir burnu olduğunu vurğulayır. 

Qadınlar Kate Middleton burnundan düzəltdirir

Kral ailəsinə yaraşan bir burun

Qadınlar estetik cərrahlarına müraciət edərkən kral ailəsinə mənsub, güclü və kübar bir qadının burnuna sahib olmaq istədiklərini söyləyirlər. Qadınların bunu ən çox istəmə səbəbləri isə Middletonun burnunun təbii görünməsi və dodaqları ilə burun ucunun simmetrik olmasıdır. 

Qadınlar Kate Middleton burnundan düzəltdirir

300 burun haqqında təcrübə aparan Abraham Tamirin 2011-ci ildə söylədiyi təcrübənin nəticələrinə görə Kate Middleton və ingilis futbolçu Rayne Rooneyin burunu estetik baxımından ən gözəl burun olaraq tanımışdır.

18 yanvar 2016
GO BACK