Qadin.NET / Vazelinin bilmədiyimiz faydalı xüsusiyyətləri

Vazelinin bilmədiyimiz faydalı xüsusiyyətləri

 İstər gözəllikdə, istərsə də həyati problemlərdə Vazelinin bilmədiyimiz 20 fərqli istifadə qaydası mövcuddur:
- Təraşdan sonra dərinizi yumşaldır.
- Gözəl dodaqlar üçün çox effektiv təsir vasitəsidir.
- Bədəninizin günəşdə qaralmayan hissələrinə, xüsusilə dizlərinizin arxasına və biləklərinizin içinə çəksəniz, rəng fərqini aradan qaldıracaqdır.
- Qaşlarınıza çəkdiyinizdə həmin hissəni yumşaldır və qaşlarınızı daha ağrısız şəkildə aldırmanızda təsirli olur.
- Kirpiklərinizin böyüməsinə yardımçı olur. Gecə kirpiklərinizə çəkin və təsirini hiss edin.
- Quru dərinizə çəkdikdə dərhal təsirini göstərir.



- Saçlarınızı boyayan zaman alnınızın birləşdiyi hissəyə çəksəniz, boya üzünüzdə iz qoymayacaq.
- Quru və çatlamış dirsəkləri yumşaldır.
- Ətir vurduğunuz nöqtələrə çəksəniz, Vazelin ətrin daha qalıcı olmasını təmin edir.
- Vazelinin məsamələri tıxadığı haqda məlumat yanlışdır. Tam əksinə, daha yumşaq bir dəri üçün üzünüzə, boynunuza və qollarınıza çəkə bilərsiniz.
- Dişinizə bulaşan dodaq boyası Vazelin çəkdiyinizdə yox olacaqdır.
- Gecədən qalan makiyajın təmizlənməsini böyük nisbətdə asanlaşdırır.
- Göz makiyajının altına, yanaqlarınıza və dodaqlarınıza çəkdiyiniz zaman daha parlaq və daha təzə görünüş əldə edə bilərsiniz.
- Aksessuarlarınıza yeni təsirli görünüş verir. Ayaqqabılarınıza az miqdarda çəkin və fərqi görün!


- Saçlarınızın ucları sağlam görünmürsə, az miqdarda saçlarınıza çəkin.
- Geyimlərinizə bulaşmış makiyaj izi varsa, üzərinə Vazelin çəkərək daha asan çıxmasını təmin edə bilərsiniz.
- Dırnaq boyasını növbəti dəfə daha asan açmaq üçün qapağın altına Vazelin çəkin.
- Pilinq olaraq da Vazelindən istifadə edə bilərsiniz. Dəniz duzu ilə qarışdırın və duşdan sonra bədəninizə çəkin.


- Taxma kirpik yapışdırıcısını asan çıxarmasına yardımçı olur.
- Qulaq məmənizi dəldirən zaman çəkəcəyiniz Vazelin həmin hissəni sürüşkən edir və beləliklə prosedur də daha ağrısız və asan olur.

5 noyabr 2020
GO BACK