Qadin.NET / Məşhurların əvəzedilməz estetik əməliyyatları

Məşhurların əvəzedilməz estetik əməliyyatları

Sinə böyütmə: Dolğun və diqqət çəkən sinəyə sahib olmaq üçün məşhurların üstünlük verdiyi estettik əməliyyatlar arasında yer alır. Sinə böyütmə əməliyyatlarında implant seçimi vacibdir. Yuvarlaq və damla deyilən iki tip qəlib istifadə olunur. 

Yağ aldırmaq: Yağ aldırmaq gündəm olan estetik əməliyyatlardandır. Bu müəyyən bölgənin arıqlaması üçün istifadə edilən üsullardandır. Xüsusilə, incə bel xəttinə sahib olmaq istəyən məşhurların istifadə etdiyi əməliyyatdır.

Botoks: Botoks: İncə cizgilərin və qırışların görüntüsünü azaltmaq və üzün burundan üst tərəfinə tətbiq edilir. Dolqu isə daha çox üzün burundan sonrakı hissəsinə tətbiq edilən, üzə dolğunluq vermək üçün edilir. 

Üz dartma: Adətən 50 yaşdan yuxarı məşhurların üstünlük verdiyi estetik əməliyyatlardandır. Bu estetik əməliyyatla daha gənc görüntü əldə edilir. 

Burun əməliyyatı: Burnunun görüntüsündən narazı olan məşhurların müraciət etdiyi əməliyyatdır. Burunda edilən dəyişiklik üz cizgilərində böyük dəyişiklik yaradır.

18 iyul 2020
GO BACK